525.Az

Qəbələdə iş adamı özünü güllələdi


 

Qəbələdə iş adamı özünü güllələdi<b style="color:red"></b>

Oktyabrın 23-də Qəbələ rayonunda intihar hadisəsi baş verib.

Qəbələ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Bakı şəhər, Xətai rayonu Məhəmməd Hadi küçəsi 63/54 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Babayev Əhməd Həmdəm oğlunun meyiti Qəbələnin Bum qəsəbəsi ərazisindəki evində tapılıb. O, qardaşı Qiyasa məxsus ov tüfəngindən atəş açaraq, özünü öldürüb.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, Ə.Babayev iş adamıdır. O, Xətai rayonu ərazisində restoran işlədirmiş. Ailəli, 2 uşaq atası olan 50 yaşlı kişinin oğlu bir neçə aydır ki, hərbi xidmətə yola düşüb. Hadisə ilə bağlı onun Naxçıvanda hərbi xidmət keçən oğluna hələ məlumat verilməyib.

Hadisənin səbəbləri məlum deyil. Araşdırmalar davam etdirili

 





24.10.2012    çap et  çap et