525.Az

Separatçı Dağlıq Qarabağ nümayəndələri Cənubi Osetiyaya gedib


 

Separatçı Dağlıq Qarabağ nümayəndələri Cənubi Osetiyaya gedib<b style="color:red"></b>

Separatçı Dağlıq Qarabağ rejiminin “hökumət” nümayəndələri digər tanınmamış “dövlət” olan  Cənubi Osetiyaya səfər ediblər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Cənubi Osetiyanın “dövlət başçısı” Leonid Tibilov Dağlıq Qarabağdakı separatçı qurumun nümayəndələrini qəbul edib. Görüşdə separatçı rejimi qondarma qurumun “prezidentinin” məsləhətçisi Georgi Petrosyan, “Xarici İşlər Nazirliyi”nin nümayəndələri, və “parlament” rəsmiləri təmsil ediblər.

Müzakirələr zamanı iki separatçı rejimin əlaqələrinin perspektivindən söz açılıb. 

 





10.06.2014    çap et  çap et