525.Az

Türkiyə “Erməni soyqırımı”nın tanınması əleyhinə film çəkir


 

Türkiyə “Erməni soyqırımı”nın tanınması əleyhinə film çəkir<b style="color:red"></b>

Dünya ermənilərinin sözdə «Erməni soyqırımı»nın 100 illiyinə qızğın hazırlıq işlərinə başladıqları bir dövrdə Türkiyədə də buna qarşı haqlı olaraq əks tədbirlərin həyata keçirilməsinə start verildi.
Belə ki, Baş nazir Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi İbrahim Kalın Məclisin Xarici İşlər Komissiyasında  keçirilən brifinq  zamanı bildirib ki, erməni iddialarına qarşı «Qəlbimdəki dəlik» adlı filmin çəkilişinə yaxın aylarda başlanacaq.

Modern.az-ın məlumatına görə, “Hürriyyət” qəzetində filmin adı barədə müzakirələr  müxalif deputatlar tərəfindən ciddi mübahisələrə səbəb olub. Tarixçi Yusif Xalaçoğlu (MHP-dən) filmin mövzusuna uyğun olaraq  adının «Musa dağı» və ya «Van üsyanı» olmasını təklif etdi. O, əlavə etdi ki, əgər 100 min dollarınız varsa, mən Rusiya arxivlərindən dəlilli sənədlər və filmlər də əldə edə bilərəm.

CHP-li millət vəkili Əli Heydər Önər isə filmin adının «Qəlbimdəki dəlik» olmasını gülünc bir ifadə adlandırdı. O, əgər film məhəbbət haqqında bir film olsaydı danışmazdım. Mövzuya uyğun bir ad qoyulmalıdır, axı burada xəyali romantik düşüncələrdən söz getmədiyini söylədi. Ermənilərin Beynəlxalq məhkəmələrinə müraciətlərindən söhbət gedərkən MHP-li millət vəkili Sinan Oğan demişdir: «Beynəlxalq məhkəmələrdən qorxmaq lazım deyil. Amma mülkiyyət tələbi iddialarına qarşı çox ciddi hazırlaşmalıyıq. Biz iqtidardan da dəstək istədik, təklif etdik ki, bu bir milli məsələdir, siyasətə qarışmadan arxa-arxaya söykənib haqlı olduğumuzu bərabər müdafiə etməliyik. Amma qarşı tərəfdən müsbət cavab gəlməlidir».

İbrahim Kalın məlumat verərək bildirdi ki, hal-hazırda 4 akademikimiz Rusiya aprxivlərində araşdırmalar aparmaqdadır. Akademik araşdırmalarla birlikdə sənədli film çalışmaları, statistik bəlgələr, siyasi diplomatiya və əməkdaşlıq əlaqələrini də əhatə edən 8 maddədən ibarət iş planının hazırlandığını da qeyd etdi. 3 saata qədər davam edən brifinqdə «soyqırım» iddiası ilə əlaqədar bir serial toplumunun hazırlanacağı da bildirildi. Buradan bir sual doğur: “Bəs biz nə zaman sözdə soyqırım iddialarına qarşı ciddi fəaliyyətə başlayacağıq?”

 





10.06.2014    çap et  çap et