525.Az

Nazirlik insan alveri qurbanlarına yardım hesabatı yayıb


 

Nazirlik insan alveri qurbanlarına yardım hesabatı yayıb<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi yanvar-may aylarında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən yönləndirilmiş 21 nəfər insan alveri qurbanına və 12 nəfər insan alverinin potensial qurbanına müxtəlif formada yardımlar göstərib.

İctimaiyyətlə əlaqələr şöbəsindən “Media forum” saytına verilən məlumata görə, qeyd olunan şəxslərdən 3 nəfərinə maliyyə yardımı göstərilib, 4 nəfər ünvanlı dövlət sosial yardımının təyinatı üçün müvafiq rayon mərkəzinə, 2 nəfər isə məşğulluqlarının təminatı üçün Dövlət Məşğulluq Xidmətinə istiqamətləndirilib. 6 nəfərə psixoloji, 2 nəfərə tibbi, 17 nəfərə hüquqi yardımlar göstərilib, 1 nəfər belə şəxsin övladı körpələr evi-uşaq bağçasına yerləşdirilib.

 





10.06.2014    çap et  çap et