525.Az

Azərbaycanın AİB-ə üzv olmasının ildönümünə dair rəsmi qəbul keçirilib


 

Azərbaycanın AİB-ə üzv olmasının ildönümünə dair rəsmi qəbul keçirilib<b style="color:red"></b> Dünən Bakıda Azərbaycanın Asiya İnkişaf Bankına (AİB) üzv olmasının 15-ci ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib.

Maliyyə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, tədbirdə dövlət və hökumət rəsmiləri, AİB-in yüksək səviyyəli nümayəndələri, beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyəti üzvləri, ekspertlər və media təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edən maliyyə naziri, AİB-in Rəhbərlər Şurasının hazırkı sədri Samir Şərifov Bank ilə Azərbaycan Respublikası arasında 15 illik tarixi olan əməkdaşlığın bir çox əhəmiyyətli sahələri əhatə etdiyini vurğulayıb: “Asiya İnkişaf Bankı ötən 15 il ərzində Azərbaycan iqtisadiyyatının bütün sahələri üzrə 20 kredit və 1 qrant layihəsinin maliyyələşdirilməsi üçün 1,64 milyard ABŞ dolları dəyərində vəsait ayırıb.

Ölkəmizdə Asiya İnkişaf Bankı tərəfindən əsasən nəqliyyat, su təchizatı, enerji, həmçinin, maliyyə sektoru, təhsil, səhiyyə və s. sahələrdə layihələr maliyyələşdirilib”.

Prezident İlham Əliyevin Asiya dövlətləri ilə hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən nazir bu səpkidə 2015-ci ildə Asiya İnkişaf Bankının 48-ci İllik Toplantısına ölkəmizin ev sahibliyi etməsinin müstəsna əhəmiyyət daşıdığını da qeyd edib.

Tədbirdə çıxış edən AİB-nın vitse-prezidenti Vençay Janq Azərbaycanla Bank arasında 15 illik səmərəli əməkdaşlığı daha da inkişaf etdirməkdə və genişləndirməkdə maraqlı olduqlarını ifadə edib.

Qeyd edək ki, Azərbaycan 1999-cu il oktyabrın 29-da “Asiya İnkişaf Bankının təsisi haqqında Saziş”ə qoşulub və Bankın üzvlüyünə qəbul edilib.
 





10.06.2014    çap et  çap et