525.Az

"Yaradıcılıq təşkilatlarını qeyri-hökumət təşkilatları kimi mövcud qanunla tənzimləmək mümkün deyil"


 

"Yaradıcılıq təşkilatlarını qeyri-hökumət təşkilatları kimi mövcud qanunla tənzimləmək mümkün deyil"<b style="color:red"></b>

"Biz Mədəniyyət komitəsi olaraq "Yaradıcılıq təşkilatları yaradıcı şəxslər haqqında", "Adlar soyadlar haqqında", "Muğam sənəti haqqında", "Aşıq sənəti haqqında" qanun layihələrinin hər birinin müzakirəsini qəbulunu istəyirik". Bunu mətbuata açıqlamasında parlamentin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov dilə gətirib. Komitə sədrinin sözlərinə görə, təbii ki, əgər onların hər biri üzərində gedirsə, o zaman onların hamısı Mədəniyyət komitəsinin üzləri üçün maraqlı əhəmiyyətlidir. "Amma daha çox birinci planda yaradıcı şəxslərlə yaradıcılıq ittifaqları məsələsi üzərində düşünmək lazımdır. Doğrudur, orada da bir xeyli problemlər var, amma bununla belə, bu məsələ çox əhəmiyyətli məsələdir. Çünki bu gün Azərbaycanda gedən yaradıcı işlərlə bağlı həqiqətən bir normal qanunvercilik lazımdır. Onları- istər yaradıcı şəxsləri, istərsə tarixi, ənənəsi olan yaradıcılıq təşkilatlarını qeyri-hökumət təşkilatları kimi mövcud qanunla idarə etmək, tənzimləmək mümkün deyil. Doğrudur, o yöndə qanunlara da çox böyük ehtiyac var yaradıcılıq ittifaqları elə müəyyən mənada qeyri-hökumət təşkilatlarıdır. Amma onların xüsusi statusu var. Belə olan halda da məsələ yenə gəlib çıxır maliyyə problemlərinin üzərinə. Mən eyni zamanda onu da dəfələrlə demişəm ki, ənənəsi, tarixi olan yaradıcılıq ittifaqları ilə yanaşı, yeni yaradıcılıq ittifaqlarının yaranmasının qarşısını almaq, bu məsələni məhdudlaşdırmaq olar, bütün yaradıcılıq ittifaqlarının hamısını maliyyələşdirmək mümkündür, əslində heç buna ehtiyac da yoxdur. İkinci planda, əlbəttə, muğam sənəti aşıq sənəti ilə bağlı qanun layihələri dayanır ki, onların da müzakirəsi qəbulu çox vacibdir. Bu baxımdan, düşünürəm ki, onların ikisini yəqin ki, eyni vaxtda müzakirə edəcəyik, çünki bunlar prinsipcə eyni məsələlərdir. Yeri gəlmişkən, komitəmiz, konkret olaraq, millət vəkili Leyla Abdullayeva tərəfindən başqa bir qanun layihəsi hazırlanır ki, bu da "Kulinariya mədəniyyəti haqqında" qanun layihəsidir. Bu qanun üzərində çox gərgin gedir yəqin ki, o zamana, payız sessiyasına qədər bu da tamamlanacaq. O ki qaldı adlar soyadlarla bağlı qanun layihəsinə, düşünürəm ki, bu sahədə hər halda bir layihə sistemi hazırlanmalıdır, onun üçün tələsmək lazım deyil. Ona görə ki, bu məsələyə hökumətdə baxılır, Xüsusi Komissiya da adlar soyadlar barədə konsepsiyanı işləyib hökumətə təqdim edib. Yəni, bu konsepsiya qəbul olunandan, hökumət tərəfindən təhlil olunub hüquqi tərəfləri müəyyənləşdiriləndən sonra bu yöndə müvafiq qanunun üzərində daha fəal işləyə bilərik"-deyə, N. Cəfərov sözlərinə əlavə edib.

Kamil Həmzəoğlu

 





10.06.2014    çap et  çap et