525.Az

Qarğalar deputatların avtomobillərini daşa basdı


 

Qarğalar deputatların avtomobillərini daşa basdı<b style="color:red"></b>

Rusiyanın Yekaterinburq şəhərində qarğalar parlament üzvlərinin avtomobillərini daşa basıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyada parlament üzvlərinin avtomobilləri qarğalar tərəfindən daş atəşinə tutulub. Rusiyanın Yekaterinburq şəhərində baş verən olay nəticəsində ən azı 3 avtomobilin şüşəsi qırılıb, digərlərinə isə yüngülvari zərər dəyib.

Qarğaların saatlarla davam edən hücumuna münasibət bildirən bəzi media nümayəndələri bunun “müxalifətçi qarğalar” tərəfindən törədilməsini deyərək baş verənləri zarafata çeviriblər.

Nigar Məhərrəm

 





24.10.2012    çap et  çap et