525.Az

Klassika və müasirliyin ədəbi-elmi qovşağında


 

Məmməd Arif - 110

Klassika və müasirliyin ədəbi-elmi qovşağında<b style="color:red"></b>

Tarixdə elə şəxsiyyətlər olub ki, onlar öz xalqının elmi inkişafında yüksəlişində keçmişin, indinin gələcəyin üzvi vəhdətinə nail olmaqla vətənə misilsiz xidmətlər göstəriblər.  XIX -XX əsrlərin ədəbi-elmi nəzəri-estetik fikir düşüncələrində körpü rolunu oynayan belə şəxsiyyətlərdən biri, bəlkə birincisi akademik Məmməd Arif  Dadaşzadədir (1904-1975).

Zənnimizcə, Məmməd Arif müəllimin klassika müasirliyin əldə etdiyi ədəbi-elmi vəhdət sintezində, habelə nəzəri estetik fikrimizə XIX əsrin 70-ci illərində Avropada təşəkkül tapmış psixoloji məktəbin (Ş.O. de Sent -Böv, R. Müller-Freyenfels, A.A. Potebnya b.) bu ya digər dərəcədə nüfuz etməsində böyük rolu vardır. Məmməd Arif özünün geniş miqyaslı ədəbi-elmi yaradıcılığında sənət əsərlərinin müəllifləri ilə yanaşı, ayrı-ayrı qəhrəmanların obrazların daxili aləminə sirayət etməklə onların mənəvi-əxlaqi əlaqəsi, ruhi-psixoloji səciyyəsini verməkdə mühüm işlər görmüşdür. Bütün bu səbəblərə görə alimin yaradıcılığı Azərbaycanda sələflər xələflərdən ibarət yaxın-uzaq nəsillərin görüşdüyü qovuşduğu ədəbi-tənqid nəzəri-estetik körpü hesab edilə bilər.

Böyük Azərbaycan tənqidçisi, ədəbiyyatşünası, tərcüməçi, pedaqoq, nasir ictimai xadim Məmməd Arif  Məhərrəm oğlu Dadaşzadə 1904- il iyunun 10-da Bakı şəhərində doğulub. O,1936- ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1954), professor (1955), Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü (1958), Azərbaycanın Əməkdar elm xadimi (1960), Azərbaycan Dövlət mükafatı laueratı (1974) olub.

Gələcək alim Bakıda rus-tatar məktəbini bitirdikdən sonra  bir müddət müəllim işləyib, Bakı Xalq Maarifi İnstitutunda təhsilini davam etdirib (1920-1925). Sonra Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsini bitirib, Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında oxuyub (1930-1931). Azərbaycan maarif nazirinin (komissarının) müavini, eyni zamanda Azərbaycan Pedaqoji İnstitutunun rus ədəbiyyatı kafedrasının baş müəllimi, dosent işləyib, sonra Dövlət Universitetinin rus ədəbiyyatı kafedrasının müdiri vəzifəsində əmək fəaliyyətini davam etdirib (1941-1950). Keçmiş SSRİ Elmlər Akademiyasın Azərbaycan filialının Ədəbiyyat Dil İnstitutunda direktor müavini (1939, yanvar-sentyabr), direktor (1939-1950; 1957-1959), "Vətən uğrunda" jurnalının baş redaktoru (1941-1947), Azərbaycan Respublikası Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində olan Terminologiya Komitəsinin sədri (1957-ci ildən etibarən) kimi çalışıb. 1944- ildə M.Arif "Azərbaycan sovet ədəbiyyatının inkişaf yolları" mövzusunda yazdığı dissertasiyanı müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb, sonra "Cəfər Cabbarlının yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1954). Elmlər Akademiyasının  ictimai elmlər bölməsinin akademik-katibi (1959), ardınca isə vitse-prezident (1960) olub, ömrünün sonunadək bu məsul vəzifədə işləyib.

M.Arif ədəbi fəaliyyətə  1923- ildə "Molla Nəsrəddin" məcmuəsi səhifələrində çıxan "Bədgümanam", "Belə getsə düzələr", "Elan", "Mərsiyə xəbərləri" felyetonları ilə başlayıb. Bu felyetonlar "Məğmun xızılı" imzası ilə çap olunub. Arif müəllim keçən əsrin 20-30-cu illərində dövri mətbuatda şeir hekayələrlə vaxtaşırı çıxış edib. Bu dövrdən başlayaraq Azərbaycan sovet ədəbiyyatşünaslığı ədəbi tənqidinin yaranması, təşəkkülü inkişafında yorulmadan çalışıb. Azərbaycan, rus dünya xalqları klassik ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, müasir ədəbi proses, ədəbi-mədəni əlaqələr onun əsas tədqiqat obyekti olub. O, Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından biridir. İkicildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" (1943-1944), üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi" (1957-1960), "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (Moskva,1963) Arif müəllimin rəhbərliyi bir müəllif kimi iştirakı ilə işıq üzü görüb. Onun "Azərbaycan xalqının ədəbiyyatı" kitabı rus, ingilis, fars dillərində, habelə doğma dilimizdə çapdan çıxıb. M.Arifin "Azərbaycan ədəbiyyatı" (Moskva,1979), "Azərbaycan ədəbiyyatı tarixi" (Bakı,1987) kitabları rus dilində buraxılıb. 1932-ci ildən başlayaraq onun təklikdə, yaxud digər müəlliflərlə şərikli hazırladığı orta məktəb şagirdləri üçün ədəbiyyat dərslikləri 60 ildən artıq dönə-dönə çap edilib tədris olunub. O, həm "Qədim rus ədəbiyyatı ( XI-XVII əsrlər)",  "Rus ədəbiyyatı (XVIII əsr)"  ali məktəb dərsliklərinin redaktoru müəlliflərindən biri idi.

Arif müəllim Evripid, Servantes, N.Qoqol, L.Tolstoy, A.Çexov, M.Qorki, N.Ostrovski, İ.Bexer, E.Remark başqa yazıçıların əsərlərindən bədii tərcümələr edib. Onun öz əsərləri keçmiş SSRİ xalqlarının dillərinə xarici dillərə çevrilib. Görkəmli alim SSRİ Elmlər Akademiyasının "Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" problemi üzrə elmi şurasının, Moskvada çıxan "Qısa ədəbiyyat ensiklopediyası"nın (1962-1978) redaksiya heyətinin, 6 cildlik "Çoxmillətli Sovet ədəbiyyatı tarixi"nin (Moskva, 1970-1974) baş redaksiya heyətinin üzvi idi. İran yazıçılarının I konqresində (Tehran,1946), şərqşünasların XXV Beynəlxalq konqresində (Moskva, 1960) iştirak etmişdi. Lenin ordeni (1971), iki dəfə "Qırmızı Əmək bayrağı" ordeni (1939,1964), "Qaqabcıl maarif xadimi" nişanı (1964), SSRİ medalları ilə təltif olunmuşdu.

Məmməd Arif Dadaşzadə 1975-ci il dekabrın 27- Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub. Bakıda küçələrdən biri Yazıçılar Birliyinin kitabxanası, Şuraabad qəsəbəsində orta məktəb onun adını daşıyır.

1964- ildə respublika ictimaiyyəti tərəfindən alimin anadan olmasının 60 illiyi, 1974- ildə isə 70 illiyi qeyd olunub. 2004- ildə alimin 100 illiyi münasibətilə onun xatirəsi Bakıda Xızıda yad edilib. Bu il mütəfəkkir ədəbiyyatçının anadan olmasının 110 illiyinin qeyd edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam imzalayıb.

Xalq şairi Səməd Vurğun hələ 1941-ci ildə "Azərbaycan Sovet Yazıçıları İttifaqının çağırdığı ədəbi tənqid konfransına məktub"unda yazırdi: "Bir iftixarla demək lazımdır ki, bizim tənqidçilərimiz arasında gözəl bədii zövqə elmi səviyyəyə sahib yoldaşlarımız da az deyil. Bizim onlara qulaq asmağımız, heç olmazsa, yazıçılıq borcumuz olmalıdır. Bu yoldaşlar  bir çox bədii tənqidlər, tarixi məqalələr yazmışlar ki,  onlardan şəxsən mən çox istifadə etmişəm. Məsələn, Məmməd Arif, Mikayıl Rəfili, H.Mehdi, Əziz Şərif, Hidayət Əfəndiyev, M.C.Cəfərov, C.Cəfərov, Əkbər Ağayev başqaları kimi tənqidçilərimiz, ədəbiyyatşünaslarımız vardır".

Heç təsadüfi deyil ki, böyük şairimiz "Ədəbi tənqid konfransında son söz"ündə o dövrün tanınmış tənqidçi ədəbiyyatşünasları dəstəsindən yeganə olaraq Məmməd Arifin adını çəkir: "Tənqidçi M.Arif  başqa yoldaşların məqalələri qəzetlərimizin çıxışları yazıçılarımız üçün çox faydalı olmuşdur". yaxud: " ... Arif yoldaş məruzəsində gözəl fikirlər söylədi, bunları öyrənmək lazımdır (Yerlərdən səslər: "Öyrənirik!")". Səməd Vurğun "Respublikada ictimai elmlərin inkişafı vəzifələri" mövzusunda çıxış edərək alimin Cəfər Cabbarlı irsini hərtərəfli şəkildə, bir zərgər dəqiqliyi ilə tədqiq etməsinə yüksək qiymət verərək söyləyirdi: "Ədəbiyyatşünaslarımız bir sıra maraqlı məzmunlu işlər görmüşlər. Onlardan biri filoloji elmlər doktoru M.A.Dadaşzadənin "Cəfər Cabbarlının yaradıcılıq yolu" monoqrafiyasıdır. Bu tədqiqat Cəfər Cabbarlı yaradıcılığının əhəmiyyətini geniş tarixi-ədəbi fonda açan böyük ədəbiyyatşünaslıq əsəridir" (S.Vurğun. Əsərləri. 6 cilddə. V cild. Bakı, Elm,1972, səh. 170).

M.Arifi bir ədəbiyyat tənqidçisi kimi yüksək obyektivlik, peşəkarlıq, prinsipiallıq, eyni zamanda təbiətindən gələn xeyirxahlıq fərqləndirirdi. Məsələn, akademik Kamal Talıbzadə "Görkəmli alim, tənqidçi ictimai xadim" məqaləsində belə bir maraqlı faktı qeyd edir: "Mən dəfələrlə şahidi olmuşam ki, yubileyləri keçirilən görkəmli yazıçılarımız necə təkidlə xahiş etmişlər ki, məruzəni M.Arif etsin. Onlar çap olunmuş əsərləri haqqında ilk sözü məhz Arif müəllimdən eşitmək istəmişlər".

Arif müəllim həm nəzəriyyəçi bir alim olmuşdur. Akademik Məmməd Cəfər Cəfərov özünün "Məmməd Arif onun sovet ədəbiyyatı haqqında nəzəri fikirləri" adlı kiçikhəcmli monoqrafiyasında ustadın ədəbi prosesə, ümumiyyətlə ədəbiyyata fəlsəfi baxışlarını, bu baxışların estetik meyar xüsusiyyətlərini təfsilatı ilə təhlil etmişdir. 

Yazıçıları sənətdə həyatilik, xəlqilik, ideyalılıq prinsiplərini yüksək tutmağa çağırmaq yaradıcılığının ilk dövründə M.Arifin tənqidçilik fəaliyyətinin ən səciyyəvi cəhəti olub. Lakin o, hər zaman ədəbiyyat sənət aləmində yüksək fikir düşüncələrin toqquşmasını arayıb, müəlliflərdən estetik meyarlara cavab verən yaradıcılıq ciddiyyəti tələb edib. Məsələn, o hələ 1946- ildə yazdığı proqram səciyyəli məşhur "Dramaturgiyamıza bir nəzər" məqaləsində qeyd edirdi: "Qəhrəmanlar özləri düşünməli tamaşaçıları düşünməyə vadar etməlidirlər. Tamaşaçı yalnız əylənmək deyil, düşünmək istəyir. Qəhrəman tamaşaçıları öz fikirləri ilə aşılamasa, öz hisslərinin təsiri altına salmasa, cür onu maraqlandıra bilər?".

Xalq yazıçısı Elçin Məmməd Arifin oğlu, görkəmli ədəbiyyatşünas ensiklopediyaçı naşir, filologiya elmləri doktoru Araz Dadaşzadənin atasının məqalələrindən ibarət tərtib etdiyi "Sənətkar qocalmır" kitabının elmi redaktoru həmin kitabda çap olunmuş "Dəyişməzlik" sərlövhəli ön sözün müəllifi olaraq göstərir ki, Məmməd Arif müəllim "müdriklik təcəssümü idi". "Məmməd Arif yalnız Azərbaycan ədəbiyyatı ədəbiyyatşünaslıq elmi nümayəndələri üçün deyil, ümumiyyətlə Azərbaycan mədəniyyət xadimləri, ictimai elmlərlə məşğul olanlar üçün "Arif müəllim" idi. Həm bir yox, bir neçə nəsil müəllimi idi məsələ yalnız bunda deyildi ki, o, sözün müstəqim mənasında bir çoxumuzun müəllimi olmuşdu. Məsələ burasında idi ki, Arif müəllim "müəllim" məfhumunun daşıdığı mənəvi yetkinliyi, idraki kamilliyi öz şəxsiyyətində yaradıcılığında cəmləşdirmişdi. Onun yaradıcılığı bir küll halında belə bir fikrin layiqli illustrasiyası idi" (Məmməd Arif, “Sənətkar qocalmır”, Bakı, Yazıçı, 1980, səh.5).

"Səməd Vurğunun dramaturgiyası" monoqrafiyası (1964) M. Arifin şair haqqında yazdığı əsərlər içərisində tədqiqat obyektinin genişliyi, problemlərin aktuallığı ideya-mənəvi siqləti ilə fərqlənir. Bu əsər  böyük alimin sənətkar haqqında neçə illik düşüncələrinin məhsulu kimi ortalığa çıxmışdır. Giriş sözü beş fəsildən ibarət olan bu monoqrafiyanin birinci fəsli "Vaqif", ikinci fəsli "Xanlar", üçüncü fəsli "Fərhad Şirin", dördüncü fəsli "İnsan", beşinci fəsli isə S. Vurğun dramaturgiyasının sənətkarlıq xüsusiyyətlərinin tədqiqinə həsr edilib. Monoqrafiya yalnız şairin yaradıcılıq dünyasının təfərrüatlarını açmaqla kifayətlənmir, həm böyük sənətkarın bir fərd kimi, sanki təkrarsız bir portretini canlandırır.

M.Arifin 50 illik bir dövrü əhatə edən tənqidçilik ədəbiyyatşünaslıq fəaliyyətində yazdığı əsərlərin böyük əksəriyyəti XX əsr Azərbaycan yazıçılarının yaradıcılığına həsr edilib. Cəfər Cabbarlı, Səməd Vurğun, Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Rəsul Rza, Məmməd Rahim, Mir Cəlal, Əhməd Cəmil, Osman Sarıvəlli, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Əli Vəliyev, Ənvər Məmmədxanlı, Zeynal Xəlil başqa yazıçıların yaradıcılığını tənqidçi illər boyu ardıcıl olaraq izləyib demək olar ki, məqalələrinin hər birində qələm yoldaşlarının diqqətini sənətdə müasirlik bədiilik məsələsinə cəlb etməyə xüsusi fikir verib.

Tarixə müraciət tarixi mövzular məsələsində isə M.Arif  bu fikirdədir ki, tarixi keçmişə məftunluq göstərib tarixi hadisələri idealizə etməklə müasirlikdən qaçmaq qədər zərərlidirsə, tarixi faktları təhrif edərək onları müasir fikirlərin təbliği vasitəsinə çevirmək realist ədəbiyyatın prinsipinə yabancıdır. Sovet ədəbiyyatı üçün ən düzgün  yol tarixi inkişafın istiqamətini təhrif etməmək şərtilə onun aparıcı qüvvələrini, bu gün üçün  əhəmiyyətli olan mühüm cəhətlərini göstərməkdən ibarətdir. Tənqidçi M.S.Ordubadinin "Dumanlı Təbriz", C.Cabbarlının "1905-ci ildə", "Od gəlini", S.Vurğunun"Vaqif", "Xanlar" əsərlərini məhz bu  prinsiplə yazılan əsərlərə nümunə göstərir.

M.Arif  bədii dil probleminə çox böyük əhəmiyyət verirdi. Alim bilavasitə bu məsələyə aid  "Dil üslub", "Dramaturgiyada dil dialoq" kimi ayrıca məqalələr həsr edib demək olar ki, bütün başqa əsərlərində yeri gəldikcə dönə-dönə həmin mövzuya qayıdıb.

Məmməd Arifin bütün mövzularda ədəbi-tənqidi janrlarda yazdığı əsərlər yüksək təhlil mədəniyyəti üslub rəngarəngliyi ilə seçilir. O, təhlil etdiyi bədii nümunənin hər bir təfərrüatına diqqət yetirir, oxucuda onun ilk nəzərdə gözə görünməyən cəhətləri haqqında da geniş təsəvvür oyadır.

Lirikada obyektivliklə subyektivliyin vəhdəti məsələsi bədii idrak sahəsinə aid olan mühüm bir məsələdir. M.Arifin, ümumiyyətlə, bədii yaradıcılıqda, xüsusən lirikada forma məzmun vəhdəti problemi üzərində çox dayanması, yaxşıya dönə-dönə nümunələr göstərməsi, formaca zəif olan şeirləri tənqid etməsi səbəbsiz deyildi. Bu, bir tərəfdən onunla əlaqədar olmuşdur ki, M.Arifin tənqidçi kimi fəaliyyətə başladığı illərdə Azərbaycan şeirində forma-məzmun vəhdətini gözləyən gözəl şeir nümunələri yaradan şairlərlə yanaşı, sırf məzmunsuz formal şeir yazan, guya futurizm cərəyanı çərçivəsində əllaməçilik edən, "məzmun" arxasında gizlənən şairlər "fəaliyyət" göstərirdilər. 

Roman janrı qarşısında duran tələblərdən danışarkən tənqidçi, hər şeydən əvvəl, bu janrın həyat hadisələrinin əhatə dairəsini nəzərə çatdırır. Onun fikrincə, başqa epik janrlardan fərqli olaraq roman cəmiyyət həyatının mühüm hadisələrini, ictimai münasibətləri daha böyük lövhələrlə, geniş planda əks etdirməlidir.

M.Arifin həyat həqiqəti ilə bədii həqiqət arasındakı münasibət əlaqələr haqqındakı fikirləri çox faydalıdır. Bu problemə o, bir çox yazılarında toxunmuş, xüsusən dram sənəti haqqındakı mülahizələrində buna daha geniş yer vermişdir.  Dram janrı tələblərindən danışarkən tənqidçi birinci növbədə  qüvvətli real  insan xarakterləri yaratmaq tələbini irəli sürür. Bu tələb yalnız müsbət qəhrəmanlara aid deyil, bütün əsas personajlara aiddir. Eyni zamanda müəllif tamamilə doğru olaraq qeyd edir ki, "...Həyatdakı həqiqətlə səhnədəki həqiqət eyni şey deyildir. Həyatda həqiqi inandırıcı olan şey səhnədə  süni görünə bilər. Bəzən yazıçı həyatdan aldığı maraqlı bir hadisəni səhnədə canlandırmaq istərkən onu sünilikdə  təqsirləndirirlər, "hadisə inandırıcı deyil"-deyirlər. Bu nədən əmələ gəlir? Bu ondan əmələ gəlir ki, müəllif həyat həqiqətini sənət həqiqəti dilinə çevirə bilməmişdir. Ona sənət nöqteyi-nəzərindən inandırıcılıq verə bilməmişdir".

Məmməd Arifin ədəbiyyatı təhlil tədqiq üsulunda psixologizm açıq-aşkar görünür. Bu təhlil araşdırma prinsipi həm əsər müəlliflərinə, həm obrazların daxili aləminə münasibətdə özünü qabarıq  göstərir. Cəsarətlə demək olar ki, Arif müəllimin tənqidi bədii ədəbiyyatda sənətdə təzahür edən psixoloji təhlilə özünəməxsus şəkildə əsaslanır ki, bu da, fikrimizcə, bizim milli ədəbi-elmi nəzəri-estetik fikrimizdə orijinal hadisədir.

Xalq şairi Cabir Novruz  "O, ləyaqət, bütövlük, vicdan təcəssümüydü..." məqaləsində M.Arifin tənqidçilik fəaliyyətinə qiymət verərək yazırdı: "Onun dediyi sözlər, verdiyi tənqidi qiymətlər həmişə bizim yazıçılar mühitində bir müvazinət, bir tarazlıq yaradardı. Hətta ciddi tənqid etdiyi yazıçılar belə onun məsləhətləri ilə razılaşardılar. Bilərdilər ki, onun haqqında sözü elə belə tənqidçi yox, məhz Məmməd Arif kimi nüfuzlu bir şəxsiyyət deyib. Çünki sözü necə gəldi havaya sovurmazdı. Tərifləyəndə düz hədəfə vurardı, tənqid edəndə ...".

Məmməd Arif  yaradıcılığı  M.F. Axundovdan başlayaraq  F. Köçərliyə qədər ondan XX əsrin 20-30-cu illərinə qədər təşəkkül tapıb inkişaf etmiş müasir Qərb tipli tənqid ədəbi-nəzəri fikrimizin bu günlərə qədər gəlib çatmış ən yüksək nailiyyətlərinin bünövrəsini təşkil edir. Bu baxımdan Arif müəllim  XIX-XX əsrlərin ədəbi-estetik ənənə varisliyini təmin etmiş böyük mədəniyyət xadimidir. Görkəmli şairimiz Rəsul Rza olduqca dəqiq qeyd edirdi ki, "müasir ədəbiyyatımızın geniş üfüqlərdə qanad açmasında, məhəlli məhdudluq bəlasından azad olmasında" M.Arifin müstəsna rolu olmuşdur. M.Arifin 110 illik yubileyi qeyd olunduğu bu günlərdə onun elmi irsinə dönə-dönə üz tutub əmin oluruq ki, alimin ədəbiyyat sənət məsələlərinə baxışları öz aktuallığını təravətini qoruyub saxlayır, xalqımızın elmi-ictimai təfəkkür xəzinəsinin önəmli hissəsini təşkil edir.   

Rasim QURBANOV, Filologiya üzrə fəlsəfə doktoru

 





10.06.2014    çap et  çap et