525.Az

ABŞ Liviyadakı səfirin ölümüylə bağlı əsl həqiqəti gizlədib


 

ABŞ Liviyadakı səfirin ölümüylə bağlı əsl həqiqəti gizlədib<b style="color:red"></b>

Liviyanın paytaxtı Benqazidəki əməliyyatdan dərhal sonra bu ölkə tərəfindən Ağ evə məktub göndərilib. Məktubda hadisənin hansı qruplaşma tərəfindən törədilməsi haqda məlumat əksini tapıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sentyabrın 18-də Liviyanın paytaxtı Benqazidə ABŞ səfirliyi önündə baş verən hərbi əməliyyatdan iki saat sonra Ağ evə hadisənin “Ənsar-əl-Şəria” adlı islam qruplaşmasıı tərəfindən törədilməsi haqda məktub göndərilib.

Bu gün “Röyter” informasiya agentliyi tərəfindən mediaya təqdim olunan məlumata əsasən Liviya rəsmiləri baş verən olaya görə “Ənsar-əl-Şəria” adlı islam qruplaşmasının məsuliyyət daşıdığını deyib. Ağ ev rəsmilərinə göndərilən bu məktubda ABŞ-ın olayın kim tərəfindən törədilməsi ilə əlaqədar səhv məlumat verməsi və hadisənin müsəlmanları təhqir edən filmin yayımlanmasına görə törədilməməsi qeyd olunub.

ABŞ rəsmilərinin onlara göndərilən məktub haqda öncədən heç bir məlumat verməməsi isə cəmiyyətdə böyük müzakirələrə səbəb olub.

Nigar Məhərrəm

 





24.10.2012    çap et  çap et