525.Az

“Qazprom” Kiyev üçün qaza görə ilkin ödənişin vaxtını dəyişib


 

“Qazprom” Kiyev üçün qaza görə ilkin ödənişin vaxtını dəyişib<b style="color:red"></b>

Rusiyadan Ukraynaya tədarük olunan qaza görə ilkin ödənişin tətbiq olunma vaxtı iyunun 16-na keçirilib.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller ötən gecə Rusiya və AB nümayəndələrinin görüşündən sonra bəyan edib.
 
“Rusiya tərəfi son günlər intensiv şəkildə aparılan danışıqların davam etdirilməsi üçün irəli daha bir addım atmağı qərara alıb”, deyə o bildirib.  
 
Qeyd edək ki, iyunun 10-da Rusiyanın Ukraynaya qaz borcunun ödənilməsi üçün verdiyi vaxt başa çatıb. Lakin Ukraynanın "Naftoqaz" şirkəti pul ödəməyib.
 
Qaz böhranı ilə bağlı ötən gün axşam saatlarında planlaşdırılmış Rusiya-Ukrayna-Avropa Birliyi üçtərəfli görüşü baş tutmayıb və bu günə keçirilib. Rusiya tərəfi Brüsselə  gec gəldiyindən, danışıqların bu gün yerli vaxtla saat 09.30-da aparılması qərara alınıb.

 





11.06.2014    çap et  çap et