525.Az

İlk buraxılış imtahanında “2” alanların sayı açıqlanıb


 

İlk buraxılış imtahanında “2” alanların sayı açıqlanıb<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də Bakı, Sumqayıt  şəhərlərinin və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib.

TQDK-dan Lent.az-a verilən məlumata görə, həmin gün eyni zamanda bu şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri, habelə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsinin şagirdləri mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı veriblər.

Bu imtahanların nəticələri iyun ayının 10-da saat 21:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.  İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

İyun ayının 8-də ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.    
 
TQDK həmçinin iyunun 8-də ümumi orta təhsil bazasında (9 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatı da açıqlayıb. Həmin məlumat aşağıdakı kimidir:
 
 
 
 
Ana dili
 
Riyaziyyat
 
    
 
 
 
2
4808
2
6501
3
17138
3
14785
4
11057
4
9393
5
6728
5
9052
Cəmi
39731
Cəmi
39731
 
 
 
 
 
 
Komissiya həmçinin tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatı da təqdim edib:
 
 
 
 
Ana dili
 
Riyaziyyat
 
    
 
 
 
 2
1746
 2
2674
 3
9746
 3
8255
 4
10761
 4
11997
 5
7616
 5
6943
Cəmi
29869
Cəmi
29869
 





11.06.2014    çap et  çap et