525.Az

Bakı sakinlərinə gecə sürprizi


 

Bakı sakinlərinə gecə sürprizi<b style="color:red"></b> Bu gün gecə saat 02.00-da paytaxt sakinləri gurultu səsinə yuxudan oyanıblar.

Lent.az-ın məlumatına görə, qəfildən Bakı buxtasındakı gəmilərdən fişənglər açılmağa başlayıb və atəşfəşanlıq olub.
 
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, idarə heç bir tədbir təşkil etməyib və gecə atəşfəşanlığı barəsində heç bir məlumatı yoxdur.
Qeyd edək ki, bu gün axşam Bakıda möhtəşəm atəşfəşanlıq keçiriləcək. Bu isə paytaxtımızda keçiriləcək Olimpiya oyunlarına sayılı günlərin qaldığını bildirən geriyə sayımla əlaqəlidir.
 





11.06.2014    çap et  çap et