525.Az

Xarkovdan Bakıya yeni təyyarə reysi açılır


 

Xarkovdan Bakıya yeni təyyarə reysi açılır<b style="color:red"></b>

İyunun 21-də  Xarkov vilayətindən Bakıya şəhərinə yeni təyyarə reysi açılacaq. 

525.az-ın Ukrayna Azərbaycanlı Gənclər Birliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayətində yaşayan soydaşlarımızın  çoxsaylı   müraciətinə əsasən açılan Xarkov-Bakı, Bakı-Xarkov  təyyarə reysini “Dniproavia” şirkəti həyata keçirəcək.

Mayın 19–da Dnepropetrovsk şəhərindən Bakiya ilk  uğurlu uçuşunu  edən “Dneproavia” kompaniyası yay mövsümündə Xarkov vilayətində yaşayan soydaşlarımızıda rahat və sərfəli  xdmətləri ilə sevindirəcək.

Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov  Vilayət təşkilatının sədri  Qurban Abbasovun  verdiyi məlumata görə, yay mövsümündə belə bir təyyarə reysinin açılması vilayətdə yaşayan 40  minə yaxın   azərbaycanlının, xüsusən də bu şəhərdə təhsil alan minlərlə azərbaycanlı tələbələrin vətənə gediş-gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq. “Dniproavia” şirkətinin kommersiya direktoru  Sergey Pasılayevin verdiyi  məlumata görə, Xarkov-Bakı təyyarə reysi ilkin olaraq uçuşlarını iyun ayının 21-dən başlayaraq hər həftənin ikinci və 6-cı  günləri  yerli saatla 14-40-da   həyata keçirəcək.

Onun sözlərinə görə biletin qiymətidə sərnişinlərin  istəyinə uyğundur. Belə ki,Kiyevdən  Bakıya ikitərəfli uçuşun qiyməti  600  ABŞ dolları olduğu təqdirdə, Xarkov-Bakı, Bakı-Xarkov reysinin qiyməti 400 dollar təşkil edəcək. “Dniproavia” kompaniyası əlavə olaraq 12 yaşından 24 yaşına, o cümlədən 60 yaşından yuxarı olan sərnişinlərinidə güzəştli biletləri ilə sevindirəcək. Sərnişinlərin tələbini öyrənən “Dneproavia” kompaniyası gələcəkdə Azərbaycanın digər şəhərlərinədə  uçuşlar etmək niyyətindədir.

Xarxov-Bakı  təyyarə reysinə bilet almaq istəyən sərnişinlər dniproavia.com saytına və istənilən avio bilet satışı agentliklərinə müraciət etməklə kompaniyanın xitmətlərindən yararlana bilərlər.

 





11.06.2014    çap et  çap et