525.Az

23 şagirdin nəticələri ləğv olunub


 

23 şagirdin nəticələri ləğv olunub<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilk buraxılış imtahanından qovulan şagirdlərin sayını açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müxtəlif binalarda 23 şagird (9 və 11-ci siniflər üzrə) imtahandan xaric edilib və nəticələri ləğv olunub.
 
Buna səbəb həmin şagirdlərin müxtəlif qayda pozuntularına yol vermələri, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etmələridir.
 





11.06.2014    çap et  çap et