525.Az

Öz yas mərasimində iştirak etdi


 

Öz yas mərasimində iştirak etdi<b style="color:red"></b>

Braziliyada öldüyü zənn edilən şəxs özünün yas mərasiminə qatılıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Braziliyada öldüyü zənn edilən şəxsin özünün matəm mərasiminə qatılması hər kəsi şoka salıb. Yas mərasimində iştirak edən bəziləri gözlərinə inanmayaraq huşunu itirib, digərləri isə hadisə yerindən qaçıblar.

Joze Markos morqda ona göstərilən cənazənin qardaşı Gilberta məxsus olduğunu zənn edərək tabutu anasıgilə yollayıb. Özünün ölüm xəbərini alan Gilbert baş verən anlaşılmazlığı araşdırmaq üçün matəm mərasiminə qatılıb.

Oğlunun sağ olması xəbərini alan ana həddindən artıq sevincli olduğunu deyib.

NİGAR

 





24.10.2012    çap et  çap et