525.Az

İsveçrədən yeni vaqonlar alınacaq


 

İsveçrədən yeni vaqonlar alınacaq<b style="color:red"></b>

Bu gün Nəqliyyat Nazirliyində İsveçrənin "Stadler Rail Group" şirkəti ilə vaqonların alınmasına dair müqavilə imzalanması nəzərdə tutulub.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.
 
O, deyib ki, müqavilə çərçivəsində əsasən Bakı-Tiflis-Qars dəmir yolu üçün 30 vaqonunun alınması planlaşdırılır.
 
N. Həsənov əlavə edib ki, gələn ilin əvvəlində isə ilk sərnişindaşıma qatarlarının yol düşməsi gözlənilir.

 





11.06.2014    çap et  çap et