525.Az

“Yazıçılar Birliyinin qurultayından heç nə gözləmirəm”


 

“Yazıçılar Birliyinin qurultayından heç nə gözləmirəm”<b style="color:red"></b>

“Hələ dəvətnamə verməyiblər. Amma 40 ildir ki, oranın üzvüyəm. Keçən qurultayda təsdiq olunan 9 nəfərlik İdarə Heyətində mən də varam. Ola bilməz ki, iştirak etməyim. Gözləntilərimə qalanda isə qabaq nə gözləmişəm ki, indi nə nə gözləyək!?”.

Bunu Modern.az-a açıqlamasında şair Vahid Əziz Yazıçılar Birliyinin qarşıdakı qurultayı haqda danışarkən deyib.bildirib.

Qeyd edək ki, uzun müddətdir AYB-yə getməyən Vahid Əziz qurultay haqqında o qədər  də nikbin danışmır. Onun sözlərinə görə, Yazıçılar Birliyi sovet vaxtında daha cəlbedici bir təşkilat idi:

“Dövr dəyişdi. Yazıçılar Birliyi sovet vaxtı tam başqa idi, indi tam başqadır. Burada heç kəsin, nə sədrin, nə katibliyin, nə də o birilərin günahı var. Sadəcə zaman və maraqlar dəyişdi deyə, AYB-yə münasibət də dəyişdi. Fəallıq artır, “Natəvan” klubunda tez-tez təqdimatlar olur, amma birliyin sovet dövründə olduğu qədər nüfuzu qalmayıb”.

 





11.06.2014    çap et  çap et