525.Az

Xələf Xələfov fransalı qonağı qəbul edib


 

Xələf Xələfov fransalı qonağı qəbul edib<b style="color:red"></b>

 Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Fransanın Yəhudi Təşkilatlarının Təmsilçilik Şurasının sədri Rişar Praskyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
525.az-ın XİN mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qonaqları salamlayan nazir müavini Xələf Xələfov Azərbaycan və Fransa arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluğunu bildirib. O, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoq və dözümlülüyün təşviqi sahəsində fəaliyyətindən bəhs etmiş və Azərbaycanda müxtəlif dini icmaların yüksək qarşılıqlı anlaşma və sülh şəraitində yaşadığını vurğulayıb. Azərbaycanda yəhudi icmasının rolundan bəhs edən nazir müavini Xələf Xələfov digər icmalar kimi yəhudi icmasının da ölkəmizdə normal fəaliyyətinin təmin olunması üçün bütün şəraitin yaradıldığını və onların ölkənin ictimai həyatında fəal rol oynadığını diqqətə çatdırıb. Ölkəmizdə bütün istiqamətlərdə islahatların həyata keçirildiyini və Azərbaycanın universal dəyərləri qəbul edən dünyəvi və mütərəqqi ölkə olduğunu nəzərə çatdırıb.
 
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir müavini bildirib ki, münaqişənin həll olunmaması Azərbaycanın və bütövlükdə regionun gələcək inkişafına maneədir. Bu baxımdan o, beynəlxalq ictimaiyyətin işğalçı Ermənistana təsirinin artırılmasının və münaqişənin BMT-nin Təhlüksəzilik Şurasının qəbul etdiyi qətnamələrə uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğulayıb.
 
Fransanın Yəhudi Təşkilatlarının Təmsilçilik Şurasının sədri Rişar Praskye səmimi qəbula görə təşəkkür etmiş və ölkəmizə səfər etməkdən məmnun olduğunu bildirib. O, Azərbaycanın dini dözümlülük və dialoq sahəsindəki fəaliyyətinin və töhfəsinin dünya ölkələri üçün müsbət nümunə olduğunu vurğulyıb. Ölkəmizdə müşahidə etdikləri yüksək inkişaf tempinin onlarda xoş təəssürat yaratdığını bildirən Rişar Praskye Azərbaycanın Fransa ilə əlaqələrinin daha da genişləndirilməsi üçün imkanların olduğunu qeyd edib. O, Azərbaycanda yəhudi icması üçün yaradılmış şəraitə görə təşəkkür etmiş və ölkəmizin beynəlxalq səviyyədə sivilizasiyaların və dinlərin yaxınlaşması istiqamətində atdığı addımları və təşəbbüsləri yüksək qiymətləndirilib.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

 

 

 





24.10.2012    çap et  çap et