525.Az

Abşeronda mağazadakı istehlaka yararsız məhsullar məhv edilib


 

Abşeronda mağazadakı istehlaka yararsız məhsullar məhv edilib<b style="color:red"></b> Abşeron rayonunda mağazadakı istehlaka yararsız məhsullar məhv edilib.
 
Bu barədə 525.az-a İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı növbəti monitorinqlər zamanı Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, döngə 2, ev 21 ünvanında Üzeyir İsgəndərova məxsus mağazada 21 çeşiddə ümumi çəkisi 53 kq olan saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş təsərrüfat subyekti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcək.
 





24.10.2012    çap et  çap et