525.Az

Masallıda III Beynəlxalq Folklor Festivalı


 

Masallıda III Beynəlxalq Folklor Festivalı<b style="color:red"></b>

İyunu 12-dən 16-dək Masallı şəhərində ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş III Beynəlxalq Folklor Festivalı keçiriləcək. Masallı Rayon İcra Hakimiyyətinin saytının yaydığı xəbərə görə, rayonda keçirilən festivallarda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Litva, Latviya Rusiya-Dağıstan ölkələrinin folklor qrupları iştirak edəcək.

İyunun13- rayon icra hakimiyyəti qarşısındakı meydanda açılış mərasimi olacaq. Açılışın sonunda rayon icra hakimiyyətinin qarşısındakı meydandan Nizami Gəncəvi adına parka parad yürüşü təşkil ediləcək, parkda tədbir iştirakçıları xalq sənətkarlığı milli mətbəx sərgisi ilə tanış olacaqlar. Axşam saat 20:00-da Heydər Əliyev  parkındakında III Beynəlxalq Folklor festivalın açılış konsert proqramı təşkil olunacaq.

İyunun 14- saat 12:00-da Masallı rayonunun Qızılağac Tüklə kəndlərində folklor qruplarının çıxışları olacaq. Axşam 20:00-da Folklor Festivalının iştirakçıları üçün ziyafət təşkil ediləcək.

İyunun 15- saat 20:00-da Heydər Əliyev parkında Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş III Beynəlxalq Folklor Festivalı yekun konserti təşkil olunacaq.

 





11.06.2014    çap et  çap et