525.Az

ADİU-da 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib


 

ADİU-da 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib<b style="color:red"></b>

 

İyunun 11-də Azərbaycan Dövlət İqtisad Universitetində 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş “Heydər Əliyev: Qayıdışla başlanan qurtuluş” adlı tədbir keçirilib.

525.az-ın məlumatına görə, ilk olaraq iştirakçılar Ümummilli Lider Heydər Əliyevin universitetin foyesində ucaldılan büstü önünə gül dəstələri düzərək, Onun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir ADİU-nun Heydər Əliyev Mərkəzində davam etdirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP Səbail  Partiya Təşkilatının sədri Zahid Qaralov və digər qonaqlar da tədbirdə iştirak ediblər.

Tədbiri giriş sözü ilə universitetin rektoru, professor Ədalət Muradov açaraq, 15 iyun - Milli Qurtuluş gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu bildirib. Qeyd edib ki, məhz Ulu öndərin gərgin əməyi sayəsində Azərbaycan onun dövlətçiliyinə qarşı qəsdlərdən uğurla çıxıb. Ölkədə sabitlik və əmin-amanlıq yaranıb.

Digər natiqlər də Azərbaycanın sivil demokratik inkişaf yoluna qədəm qoyaraq,  sürətli iqtisadi nailyyyətlərə çatmasında Milli Liderin əvəzsiz xidmətindən danışiblar.

Sonda YAP-a yeni üzv olan ADİU-nun 12 tələbəsinə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

 





11.06.2014    çap et  çap et