525.Az

Elmar Qasımov Parisdə beynəlxalq toplantıda iştirak edib


 

Elmar Qasımov Parisdə beynəlxalq toplantıda iştirak edib<b style="color:red"></b> Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətov Fransanın “Total” şirkətinin dəvətilə “Total Enerji və Təhsil” beynəlxalq toplantının işində iştirak ediblər.

Lent.az-ın məlumatına görə, Parisdə təşkil olunmuş və dünyanın 50 ölkəsinin 80 neft-qaz təmayüllü qabaqcıl universitetinin rəhbər işçilərinin və professor-müəllim heyətinin nümayəndələrinin iştirak etdiyi toplantı bir həftə davam edəcək. Tədbirin birinci hissəsi hazırkı vəziyyətdə dünya əhalisinin artması və sənaye sahələrinin inkişafı ilə bağlı enerji resurslarına olan tələbatların  müzakirəsinə həsr olunub. İkinci hissəsi isə işəgötürmə və təhsil məsələlərinə həsr edilib. Bu məsələlərlə bağlı “Total”ın universitetlərlə əlaqələr şöbəsinin rəhbəri Monika Simon, təhsil üzrə baş korporativ menecer Lui Spozito və Total Professorlar Assosiasiyasının prezidenti Filip Persilon məruzə ediblər.
 
 
Xatırladaq ki, tədbirdə şirkətin baş iqtisadçısı Pyer Siqone, insan resursları üzrə baş vitse-prezidenti Françoys Viaud, strateji biznes inkişafı və mühəndislik üzrə baş vitse-prezidenti Olivye de Lanqavat, davamlı inkişaf və ətraf mühit üzrə vitse-prezidenti Jerom Şmitt, geoloji təlim və texniki kəşfiyyat üzrə vitse-prezidenti Olivye Dubrul, strategiya və uzunmüddətli planlaşdırma, emal və kimya məhsulları üzrə vitse-prezidenti Bertran Nusbaumer, strateji planlaşdırma, bazar intellekti və perspektivlər üzrə məsul şəxs Françoys İoos, proqnozlaşdırma, istehsalatlarla əlaqələr və kommunikasiya üzrə baş vitse-prezident Arnaud Şaperon, elmi inkişaf üzrə baş vitse-prezident Jan-Françoys Minster müvafiq sahələrin inkişafı üzrə nəzərdə tutulan tədbirləri təqdim ediblər.
 





12.06.2014    çap et  çap et