525.Az

Ömrün əbədi dövrü


 

Ömrün əbədi dövrü<b style="color:red"></b>

Mən ona söz vermişdim.  90 illiyini birlikdə qeyd etməliydik. 85 illiyində əsərlərindən  85 çıxarış edib "Qələm Fatehi  yaxud  mən İsa Muğannanın dediyini bilirəm" adı altında "525-ci  qəzet" çap etdirmişdim. Bəyənmişdi, ad günü üçün sürpriz hesab etmişdi. 90 illiyində 90 çıxarışdan ibarət hazırlayacağım məqalənin başlığı belə olmalıydı: "İsa Muğanna haqqında deyilənlər". Sağlıq olsun, ömür vəfa etsə mən öz sözümü yerinə yetirəcəm.

İsa Muğanna ilə tanışlıq, dostluq yaxud onunla danışmaq sadəcə böyük bir yazıçı ilə təmasda olmaq deyildi. İsa Muğanna ilə danışmaq, görüşmək, Kainatla birbaşa ünsiyyətə bərabər idi. Onun səsi adi bir səs deyildi. Göylərdən ona gələn Ün kimi idi.

Təəssüflər olsun ki, İsa Muğannanın Ün eşitdiyini vaxtında dərk edə bilmədik. Eysarla - Əlağla (Allahla) söhbətinə hələ kifayət qədər inanmayan tapılır.

Halbuki belə bir işin mümkün olduğunu hələ eramızdan əvvəl IV əsrdə Aristotel təsdiqləmişdi, demişdi: "Beyin fəaliyyəti ilə məşğul olan insanlar içində ən uğurlu yarananlardır. Allahlara yaxın olanlar da onlardı". 

Öyrəncəliyik onsuz da biz özgələrin fikrinə.

Amerika yazıçısı Müller deyəndə ki, yazdıqlarımı mənə diqtə edirlər, inanırdıq. İsa Muğanna belə deyəndə nədənsə tərəddüd edirdik. Çox nahaq yerə! Nizamidə, Yunis İmrədə, Nəsimidə, Xətaidə Kainatla əlaqəyə dair, Ünə dair istədiyimiz misalları tapa bilərik.

Markes öz əcdadlarının 100 illik tarixini yazırdı, tərifləyib göylərə qaldırırıq (sonralar bu əsərlə bağlı özü bəzi iradlarını qeyd etsə ).

İsa Muğanna bəşəriyyətin 102 (hazırda 103) min illik tarixindən yazırdı. İnanırdı, inandırırdı bizi öz bədii əsərindən çox, öz dərin Elminə, elmiliyinə-Saf adlandırdığı Elmə. Hesab edirdi ki, Bəşəriyyətin xilası Odər mədəniyyətinə, Əcdadlarımızın Saf Elminə tezliklə yiyələnməkdədir. Onun əsərlərinin baş qəhrəmanları insanlarla yanaşı bəşəriyyətin təhrif olunmuş Tarixiydi, Diliydi, Diniydi, Təfəkkürüydü.

Mən bu dahi insanla, qüdrətli yazıçı ilə hayıf ki, çox gec tanış oldum. Bilmirəm nədəndi bu. Talemi belə buyurdu, yoxsa mənmi gecikdim. Mən başqaları kimi onu çoxdan tanıyırdım. Əsərlərini oxuyurdum, sevirdim. Ssenariləri əsasında çəkilmiş filmlərinə heyranlıqla baxırdım.

1988-ci ildə 60 yaşı tamam olanda qəzetlərdən birinə müsahibə vermişdi.  "Qələmimin 2 yaşı var!" demişdi. Mən Qazaxdan ona teleqram vurmuşdum 2 yaşını təbrik etmişdim. Bu, yazılı şəkildə ona doğru atdığım ilk addım idi. Üzbəsurət onu 2004- ildə Azərbaycan Yazıçılarının  XI qurultayında gördüm. Rəyasət Heyətində oturmuşdu. 

Yadımdadır, İ. Muğannanın "Azərbaycan" jurnalında yenidən işlədiyi hekayələri çıxmışdı. O hekayələrdən biri  - "Şinel" haqqında bir məqalə yazdım, "Ədəbiyyat qəzeti"ndə çap etdirdim. Bu olub 2005-ci ildə. Özünün oxuyub oxumadığını o vaxtlar mən bilmədim. Məqalə çıxandan sonra şair dostum, həmin qəzetin əməkdaşı Sərvaz Hüseynoğlu telefonda mənə bildirdi ki, səni axtarırdılar.

Dedim, kim? Dedi ki, Aqşin Babayev.  Məqalən o qədər xoşuna gəlib ki, oxuyub, dərhal redaksiyamıza zəng etmişdi. Əslində sözümün canı bu deyil. Onu demək istəyirəm ki, o azman yazıçı ilə ilk birbaşa tanışlığım 2008-ci ildən başladı. Qardaşı Ömər vəfat etmişdi. Zəng edib İsa müəllimə başsağlığı verdim. Sonra  həmişə olduğu kimi Ağstafaya dincəlməyə gəldi. Qardaşına cümə günü ehsan süfrəsi açanda qələm dostlarımın bir qrupu ilə yığışıb bir daha kədərinə şərik olmağa getdik. O zamandan etibarən mütəmadi olaraq münasibətlərimiz ata-bala sevgisinə çevrildi.

Bir gün dedim ki, ay İsa müəllim, niyə heç mənim indiyəcən harda itib-batdığımı, niyə gəlib sizinlə tanış olmadığımı soruşmursunuz, niyə bu haqda bir söz demirsiniz? Gülümsədi, heç demədi. Özüm səbəbi açıqlamalı oldum:

- Düzünü bilmək istəyirsinizsə, sizinlə görüşdən qorxurdum.

- Niyə?

- Eşitmişdim ki, siz sizin evə doğru gələn adamın addım səslərindən bilirsiniz ki, o necə adamdır. Qorxurdum ki, birdən mənim addım səslərim məni pis vəziyyətdə qoyar, mənim haqqında pis təsəvvür yaradar, məni qəbul etməzsiniz...

- danışırsan a kişi! - deyə əlini əlinə vurub güldü.

Bir dəfə mən ona gördüyüm qəribə çin çıxan yuxularımdan danışdım. Tarix müəllimi olduğum üçün dildə, dində, tarixdə təhriflərlə bağlı fikirlərimi bölüşüb dedim:

- Ustad, belə bir el misalı var: "Filankəsin içinin otu yoxdur". Məncə, burda bir söz təhrif olunub. Bu, "Filankəsin içinin Odu yoxdur" şəklində olmalıdır.

Sizin dediyiniz kimi, Od - Həqiqət anlamında olduğu üçün eldə demək istəyiblər ki, filankəsin içinin Odu - yəni Həqiqəti (mənası) yoxdur.

- Çox düz deyirsən! - deyə o , mənim fikrimi təsdiq etdi, üzünü ömür-gün yoldaşı Füruzə xanıma tutdu:

- Ay Füruzə, bura gəl bir, gəl gör, Barat danışır? Barat Qazaxda oturub Saf Elmindən danışır, ancaq bundan özünün xəbəri yoxdur!

Bir gün yenə Ağstafadakı evlərində idik. Füruzə xanım mənə sarı gələn İsa müəllimə belə dedi:

- Yavaş, ay İsa! Birdən yenə yıxılarsan ha!

İsa müəllim gülə-gülə bu səhər olmuş bir əhvalatı danışdı.

- Bu səhər yıxıldığımla qalxdığım bir oldu. Füruzə onu deyir. Amma onsuz da adət etmişəm. qədər yıxılsam,  o qədər çox  qalxıram, deyib məni çay-çörək süfrəsinə dəvət etdi.

Çay-çörək demişkən... Allah, mən bu evdəki süfrə mədəniyyətini heç yerdə görməmişəm. Gözləri zəif görsə , İsa müəllim necə səliqə ilə, necə ifcin-ifcin çörək yeyirdi, çay içirdi.

Mən qısa vaxt ərzində bu ailəyə bu ailənin övladı kimi qaynayıb-qarışdım. Öz atam-anam qədər sevdim İsa müəllimi Füruzə ananı.

Haqqımda bir məqalə yazıb zəng etdirmişdi ki, Ağstafaya gəlim. Məqaləni oxuyub qurtarandan sonra təşəkkürümü bildirdim. Lakin birdən-birə halım pisləşdi. Təcili yardım maşını çağırdılar, iynə vurdurdular. Əlimi cibimə salmağa qoymadılar. Bir baxanda gördük: İsa müəllimin bir əlinin üstündə iri bir qızartı-qan laxtası əmələ gəlib. Allah kəssin mənim işimi. Kişi o qədər həyəcanlanıb ki, belə bir vəziyyət yaranıbmış. Sizi inandırım ki, məni evimizə buraxmaq istəmirdilər. Füruzə ana təzyiqimlə bağlı  mənə həb vermişdi. Gördüm İsa müəllim deyir ki, gör yenə həb lazımsa ver, içsin.

Aman Allah, diqqətə bax, eşqə bax, ucalığa bax! Unutmaq olarmı o anları, o ucalığı!

Unutmaq olarmı bir gecə ustadın evinin üstündən keçən durnaların onunla necə vidalaşmasını - ayaq saxlayıb 5-6 dəfə o evin başına dönməyini, dolanmağını.

- Mənə görə belə ötürlər durnalar, deyirdi ustad.

Dediyim kimi, onunla son illərdə çox görüşlərimiz, söhbətlərimiz oldu. Hansını deyim, bilmirəm.

60 illiyim Bakıda Yazıçıların Natəvan adına klubunda keçiriləndə xəstə olmasına baxmayaraq dəvətimi qəbul edib Füruzə anayla birgə görüşümə gəldi. Çıxış etdi, xeyir-dua verdi. Sonra da qoşa anadillər kimi bir-birinə qısılıb getdilər.

Tez-tez xəstələnsə , Füruzə ananın qızları, əziz bacım Sevincin fədakarlığı həmişə vəziyyəti normallaşdırırdı.

2013- ilin yayında o, yenidən Ağstafaya gəldi. Xeyli sınıxmışdı.

Gedəcəyini etdiyi söhbətlərdən hiss etmək qətiyyən mümkün deyildi. Di gəl ki, hərəkətlərindən, narahat duruşundan, son vaxtlar yazdıqlarından çox şeylər anlamaq olardı.

  "İşıq gəmilərinin gəlməyini gözlüyürəm, bunlar niyə gəlib çıxmadılar" - deyib gözlərini mübhəm göylərə doğru zilləyəndə adamın dalağı sancsa da, bütün bunları xoş bir zarafat sanırdı.

İşıq gəmisinə mindirilib aparılmış ulu babası Musa ağa (ƏsƏlMən- Süleyman peyğəmbər haqqında) danışdıqlarını axır ki, qələmə aldı "Azərbaycan" jurnalının 2013- il sentyabr sayında "İlan dərəsi ya Peyğəmbərin taleyi" adı ilə çap etdirdi. 

O əsər çap olunduğu vaxt yazıçı Ağstafadakı evində çox ağır xəstələndi... Hiss olunurdu ki, getmək istəyir. Ayaq saxladı, işıq gəmisinin gəlməsini (göndərilməsini) gözlədi.

Aradan 6 aya qədər vaxt keçdi.

Hər dəfə zəngləşəndə gözlərinin işığının daha da azaldığını, qələm götürüb işləyə bilmədiyini deyirdi. Ona "Yaralı qələm" adlı şeirimi oxudum. Çox bəyəndi. Hər dəfə zəngləşəndə "Qələmin necədir?" deyən yazıçının son dəfə səsini martın 25- eşitmişəm. Dedi ki, göndərdiyin məktubu aldım. Silsilə şeirlərini oxudum.  Mənə həsr etdiyin "İsa Muğanna eşqi" şeirinə görə çox sağ ol. Bu təzə şeirlərin üçün səni təbrik edir deyirəm. Sən artıq mənim dediyim şeirləri yazırsan. Sən tamam dəyişmisən. Bu şeirləri topla gətir, yeni kitabını çap edək, onu gözüm görməsə , birtəhər gözəl bir ön söz yazacam.

Qismət olmadı...

... Mənim Qazaxın Birinci Şıxlı kəndində olan bir dostum var - Avtandil müəllim. O, bir dəfə mənə belə bir söhbət etmişdi. Yazıçı ilə görüşəndə tez-tez boynunu ovuşdururmuş üzrxahlıq edirmiş ki, bağışlayın, deyəsən, gecə pis yatmışam. Onuncün boynum ağrıyır.

İsa müəllim deyib:

- Xeyr , sənin boynun ağrıyıb eləmir, səni saflaşdırırlar. Səni dəyişdirirlər ona görə mənimlə görüşə gəlmisən.

Avtandil müəllim bunu da dedi ki, yazıçı vaxt öləcəyini bilirmiş. Deyibmiş ki, (1989-cu ildə!) mənim ömrümü 25 il uzadıblar, mənə 2014- ilə qədər vaxt veriblər.

lll

İnsan Allahın sirridir, deyirlər. Əslində varsa, Allahın sirri deyilmi?Yazıq o kəsə ki, özü  öz sirrinə dönmək istəyir.

İsa Muğanna da dünyaya Allahın sirri olaraq gəldi. Allahın sirri olaraq qaldı. Allahın sirri olaraq da qalacaqdır. "Mən Sirri- ƏnƏlHəqqəm!" deyən ustadı (ustadımız!) Nəsimi kimi!

Hamı, bütün bəşər axtardığı Allahı itirib. Onunla söhbətdən qorxmağı bir yana, onunla söhbəti belə heç ağlına gətirmir. İsa Muğanna hamının itirdiyi Allahı tapıb onunla söhbət eyləyirdi.

İsa Muğannanın Allahıyla bizim Allah bir-birindən tam fərqlidir. Bizimki Dinlə bağlı, onunku Dillə (Odər- Türk dili ilə!) bağlı Allahdır! Biz inandığımız Din dediyi Allahdır, İsa Muğanna Dil dediyi Allah!

İsa Muğanna deyir ki, Nizaminin, Fizulinin, Nəsiminin əsərləri dərslikdir. İndi özünün əsərləri dərslik kimi öyrənilməlidir.

Qırğızıstanda Çingiz Aytmatov adına Akademiya var. Mən istərdim ki, Azərbaycanda İsa Muğanna adına Akademiya yaradılsın tezliklə fəaliyyətə başlasın.

Sokrat öz işinə Allahın təyin etdiyi vəzifə kimi baxırmış. Ölümündən əvvəl şeir yazıb "Poeziyada saflaşmaq istədiyini" bildirib.

...Deyirlər ki, bu dünyada iki şey hələ tam kəşf olunmayıb, tədqiq edilməyib.

Coğrafiyada - qütblər,

Tarixdə - türklər!

İsa Muğanna məhz belə tam kəşf olunmamış "Qütblər"dən, ən böyük, ən gizli Türklərdən biridir!

Əfsuslar olsun ki, bu böyük türk - İsa Muğanna da getdi.

 

Nəsimi bir öldü

 

Bu imiş yəqin Axır,

Nəsimi bir öldü

Kimə deyəsən axı:

Nəsimi bir öldü!

 

Əvvəlim Sona yetdi,

Yox, varıb Ona yetdi.

İsa Muğanna getdi,

Nəsimi bir öldü!

 

Quruldu Dar ağacı,

Sirr oldu Dar ağacı.

Dirildi Dar ağacı,

Nəsimi bir öldü!

 

Bir yerə cəm olmuruq,

Kağız-qələm olmuruq.

Gördü adam olmuruq,

Nəsimi bir öldü!

 

Dindi Allah dilində,

Yaşadı Ölümündə!

Əsərdi Ölümü ,

Nəsimi bir öldü!

   

Yox, Nəsimi ölub, İsa Muğanna!

 İsa Muğanna ilə insan artdı, İnsanlıq çoxaldı, Nəsimilik irəli getdi, bir daha parladı.

İnsan məlum adiliyindən çıxdı, məchul ucalığa qovuşdu.

 

İnsanı həyat Allahlaşdırır.

Ölüm Allahlılığını əlindən alır.

Lakin bununla hər şey bitmir.

Təzə dövr, təzə ömür başlayır.

Ölümsüzlük - əbədi Allahlıq dövrü!

 

İsa Muğannanın da həmin dövrü , həmin ömrü başlandı.

P. S.   İsa Muğannanın "Kor quyu" adlı balaca bir hekayəsi var. Deyir, yuxuda gördüm ki, bir kör quyuya düşmüşəm. Heç kim kömək etmir, harayıma yetmir. Bu vaxt qeybdən bir əl uzanıb məni ordan dartıb çıxartdı. Yuxudan ayılanda baxdım ki, anam başımın üstə durub gülümsünür. Soruşdu:

- Olmaya qorxulu yuxu görürdün?

Dedim ki, !

Yuxumu danışdım. Anam dedi:

- Qorxma, indən sonra da vaxt çətinliyə düşsən, o əl sahibi sənə kömək edəcək.

... İsa Muğanna öldü. İndi bir anlığa hesab edək ki, bütövlükdə dünyanın özü bir kör quyuymuş. Yenə Allah əlini uzadıb onu ordan dartıb çıxartdı. Ancaq bu dəfə həmişəlik olaraq! Öz yanına (Dərgahına!) aparmaq üçün!

 

Çəkmədi ömründə taxt azarını,

Dedi ki, baxt bizdən üz döndərməyə!

O kişi Göylərdən Ün eşidirdi,

Getdi bizlərə Ün göndərməyə!

Barat VÜSAL, AYB Qazax filialının sədri, Əməkdar İncəsənət Xadimi

 





12.06.2014    çap et  çap et