525.Az

İŞİD girov götürdüyü Türkiyə vətəndaşlarını Mosul valisinə təhvil verib


 

İŞİD girov götürdüyü Türkiyə vətəndaşlarını Mosul valisinə təhvil verib<b style="color:red"></b>

“İraq Şam İslam Dövləti” (İŞİD) Türkiyənin Mosuldakı Baş Konsulluğuna basqın edərək girov götürdüyü Türkiyə vətəndaşlarını Mosul valisinə (qubernator) təhvil verib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, İŞİD-in valilik binasında saxladığı girovlar valinin evinə aparılacaq. Girovların bu gün axşam Türkiyəyə təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, İŞİD iyunun 11-də Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğuna hücum edərək baş konsul Öztürk Yılmaz da daxil olmaqla, 49 Türkiyə vətəndaşını girov götürmüşdü.

 





12.06.2014    çap et  çap et