525.Az

Sabahkı “525”də: "Tərifə uyanda anlayıram ki, azərbaycanlıyam"


 

Sabahkı “525”də: "Tərifə uyanda anlayıram ki, azərbaycanlıyam"<b style="color:red"></b>

İlhamə Qasımlı Ankaradan yazır.

Jurnalist İlhamə Qasımlının “Qərib söhbət" layihəsi çərçivəsində Türkiyənin ən nüfuzlu "Birinci" Göz Xəstəxanasının refraktif və kornea departamentinin direktoru, azərbaycanlı  oftolmoloq Faiq Orucoğlu ilə müsahibəsini "525"in sabahkı sayında oxuya bilərsiniz.


«Həkimlər ağrını bölüşməzlər»
FAİQ ORUCOĞLU: «BİR MƏSƏLƏDƏ İSRAR EDƏNDƏ, YAXUD DA TƏRİFƏ UYANDA ANLAYIRAM Kİ, AZƏRBAYCANLIYAM»

- Turkiyə və Azərbaycan səhiyyəsindəki əsas fərq təhsildədir. Türkiyədə ixtisaslı həkim olmaq üçün uzun müddət lazımdır: tibbi təhsili başa vurduqdan sonra ixtisas imtahanına girməlisən. Mən bu imtahana girdiyim illərdə 30 min həkimdən sadəcə 2 mini bu imtahanları keçə bilirdi. O imtahanları keçdikdən sonra da əlavə olaraq 5-7 il təcrübə keçməlisən ki, sərbəst həkim kimi işləyə biləsən… İkinci əsas fərq Azərbaycanda olmayan tibbi sığorta sistemidir. Bunun sayəsində vətəndaşlar yüksək tibbi xidmət alma şanslarına sahibdirlər.

- Türkiyənin qərbi ilə şərqi də çox fərqlidir. Türkiyənin şərqində Azərbaycanla oxşarlıqlar olduqca çoxdur. Xüsusilə oxşar sözlər və adətlər çoxdur. Ancaq arada kapitalizm və sosializmin gətirdiyi fərqli həyat tərzləri var.
Azərbaycanı Türkiyənin şərqi ilə də, qərbi ilə də müqayisə etmək fərqlidir. Yenə də yaşadığım mühitlərə görə müqayisə edəcəyəm. Azərbaycanda Şərq ünsürləri daha çoxdur. Türkiyədə isə Avropanın təsiri daha çox hiss edilir. Böyüklərə sayğı və qaydalara uymağı sevməmək isə oxşar xüsusiyyətlərdir.


- Azərbaycandan daha çox xaricdə yaşamışam. Bunun 17 ilə yaxınını Türkiyədə, üç ilini isə İsraildə keçirmişəm. Türkiyəyə demək olar ki, adaptə olmuşam. Xüsusən də İstanbula. Bir məsələdə israr edəndə, yaxud da tərifə uyanda anlayıram ki, azərbaycanlıyam.

 





24.10.2012    çap et  çap et