525.Az

“Rusiya tankları Ukrayna sərhədini keçib”


 

“Rusiya tankları Ukrayna sərhədini keçib”<b style="color:red"></b> Ukraynanın müvəqqəti daxili işlər naziri Arsen Avakov Rusiyanın hərbi texnika karvanı, o cümlədən 3 tankının işğal altında olan ölkə ərazisindən Ukraynaya daxil olduğu haqda xəbər yayıb.
 
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, bildirib: “Bu məntəqələrdən Rusiyaya məxsus Piyadaların Döyüş Maşını, zirehli hərbi texnika, artilleriya qurğusu karvanının keçdiyini təsbit etmişik”.
 
Ukraynanın “Müqavimət informasiyası” qrupunun əlaqələndiricisi Dmitri Tımçuk sərhədi “T-72” markalı tankın keçdiyi haqda xəbər yayıb. Məlumata əsasən, onlar Ukraynanın sərhədyanı Snejnı şəhərindədir.
 
Yerli KİV bildirib ki, həmin şəhərdə rusiyayönlü terrorçularla Ukrayna ordusu arasında atışma gedir.
 





13.06.2014    çap et  çap et