525.Az

Bakıda avtobus yandı, ölən və yaralananlar var


 

Bakıda avtobus yandı, ölən və yaralananlar var<b style="color:red"></b>

Bu gün saat 22.45 radələrində Bakının Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib.

Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən APA-ya verilən məlumata görə, hadisə Xarici Dairəvi yolda, Biləcəri istiqamətində baş verib.

Belə ki, 194 saylı xətt üzrə hərəkət edən iritutumlu marşrut avtobusu yoldan çıxaraq, səkiyə çırpılıb. Avtobus 4-5 minik avtomobilini əzib.

Nəticədə avtobusda və minik maşınlarının birində yanğın baş verib.

Polisdən bildirilib ki, ilkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, çoxlu sayda xəsarət alan var. Yaralılardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası və təcili yardım maşınları cəlb edilib.

 





24.10.2012    çap et  çap et