525.Az

Azərbaycan ötən il Rusiyadan 12 ədəd Mi-35M döyüş helikopteri alıb


 

Azərbaycan ötən il Rusiyadan 12 ədəd Mi-35M döyüş helikopteri alıb<b style="color:red"></b>

Rusiyanın «Rosvertol» ASC 2013-cü ildə Azərbaycana 12 ədəd Mi-35M döyüş helikopteri göndərib.

APA-nın məlumatına görə, bu barədə «Rosvertol» ASC-nin illik hesabatında bildirilib.
 
Azərbaycanın sifarişi 8,46 milyard rubl təşkil edib.
 
Şirkət ümumilikdə ötən il müştərilərinə 28 ədəd Mi-35M və 1 ədəd Mi-35MS helikopterinin çatdırılmasını təmin edib. Bunlardan 12 helikopter Azərbaycana, 4-ü İraqa ixrac olunub. Qalanlarını isə Rusiya Silahlı Qüvvələrinin silahlı qüvvələrinin sifarişi təşkil edib.
 
Qeyd edək ki, Azərbaycanla Rusiya arasında 24 ədəd Mi-35M helkiopterinin alğı-satqısına dair müqavilə 2010-cu ilin sentyabrında bağlanıb.
 
Helikopterlərin ilk partiyası Bakıya 2011-ci ilin dekabr ayında gətirilib. Cari ilin əvvəlində isə verilmiş sifariş üzrə döyüş helikopterlərinin çatdırılması yekunlaşıb.

 





13.06.2014    çap et  çap et