525.Az

Azərbaycan və Ermənistan nazirləri oktyabrın 27-də Parisdə görüşəcəklər


 

Azərbaycan və Ermənistan nazirləri oktyabrın 27-də Parisdə görüşəcəklər<b style="color:red"></b>

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan oktyabrın 27-də Parisdə görüşəcəklər.

APA-nın “Armenpress”ə istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.

Vasitəçilər Paris görüşünün nəticələrinə əsasən regiona səfər edəcəklər.

Səfərin məqsədi danışıqlar prosesində yaranmış durğunluğu aradan qaldırmaq, müzakirələrə yeni impuls verməkdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev nazirlərin görüşünün oktyabrın 27-də Parisdə keçiriləcəyi barədə xəbəri APA-ya təsdiqləyib.

 





25.10.2012    çap et  çap et