525.Az

Bakının parklanma strategiyası hazırlanıb


 

Bakının parklanma strategiyası hazırlanıb<b style="color:red"></b> Nəqliyyat Nazirliyi Bakı şəhərinin parklanma strategiyasını hazırlayıb. Sənəddə bu sahədə olan problemlərin həlli yolları əks olunub.
 
“APA-Economics”in məlumatına görə, bu haqda “II Xəzər Beynəlxalq Yol və yeraltı infrastruktur-urbanizasiya problemlərinin həll yolları” konfransında Nəqliyyat Nazirliyi Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin sektor müdiri Heydər Turabov qeyd edib.
 
Onun sözlərinə görə, strategiya Bakıda 71 parkinq ərazisinin tikintisini nəzərdə tutur.
 
H. Turabov bildirib ki, proqramda paytaxt üç parkinq zonasına bölünüb və zona üçün parklanmanın növləri, yerləri müəyyənləşdirilib.
 





13.06.2014    çap et  çap et