525.Az

"20 Yanvar" yaxınlığında yol qəzası baş verib


 

"20 Yanvar" yaxınlığında yol qəzası baş verib<b style="color:red"></b> Bakıda "20 Yanvar" metro stansiyasının yaxınlığında tunelin girişində ağır qəza baş verib, nəticədə həmin ərazidə böyük tıxac yaranıb.

Bu barədə Trend-in müxbiri hadisə yerindən məlumat verib. Hadisə zamanı "Toyota Prado" və "Volkswagen Golf" avtomobilləri toqquşub.Hadisə yerinə təcili yardım briqadaları gəlib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirilib ki, hadisə nəticəsində bir nəfər polis işçisi yaralanıb. Həmin şəxs Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Qeyd edək ki, oktyabrın 24-də axşam saatlarında Bakının Yasamal rayonu ərazisində "Mercedes", "VAZ", "Opel","Tofaş" markalı minik avtomobilləri, "Qazel", "Ford" markalı yük avtomobilləri, "Mercedes" markalı sərnişin avtobusu və "Hyundai" markalı mikroavtobus zəncirvari toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, "Mercedes" markalı sərnişin avtobusunun sürücüsünün yanmış cəsədi deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
 





25.10.2012    çap et  çap et