525.Az

Avropa İttifaqı Ukraynaya 250 milyon avro yardım edib


 

Avropa İttifaqı Ukraynaya 250 milyon avro yardım edib<b style="color:red"></b> Avropa İttifaqı (Aİ) Ukraynaya 250 milyon avro məbləğində maliyyə yardımı göstərib.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə Aİ-nin Ukraynadakı nümayəndəliyindən məlumat verilib.

Qaytarılmayacaq yardım ümumi dəyəri 355 milyon avro olan Ukrayna üçün dövlətin inkişafı üzrə müqaviləyə görə birinci baza tranşıdır.

Məlumatda qeyd edildiyi kimi, birinci baza tranşı 4 ümumi şərtin (dövlət siyasəti, makroiqtisadi sabitlik, dövlət maliyyə vəsaitlərinin idarə olunması və büdcənin şəffaflığı) yerinə yetirilməsindən sonra veriləcək.

Ukrayna üçün dövlətin inkişafı üzrə müqaviləyə dair maliyyələşdirmə haqqında saziş 2014-cü il mayın 13-də Avropa Komissiyasının sədri Joze Manuel Barrozo və Ukraynanın Baş naziri Arseni Yasenyuk tərəfindən imzalanıb.
 





13.06.2014    çap et  çap et