525.Az

Ukraynada son bir sutkada 150-dən çox terrorçu öldürülüb


 

Ukraynada son bir sutkada 150-dən çox terrorçu öldürülüb<b style="color:red"></b>

Son bir sutka ərzində Ukraynanın güc strukturları keçirdikləri əməliyyatlar zamanı 150-dən terrorçunu məhv ediblər.

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, daha onlarla yaraqlı əsir götürülüb. Terrorçuların çoxu Rusiya ilə sərhəddə, Donetsk vilayətinin Snejni rayonunda və Donbasın digər şəhərlərində məhv ediliblər.

Əməliyyatlar davam edir. Xatırladaq ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi Snejni rayonu ərazisində terrorçulara məxsus 12 avtomobilin və 40-dan çox yaraqlının məhv edildiyi barədə məlumat yayıb.

Bu gün ən qızğın döyüşlər Mariupolda gedib. Ukraynanın güc strukturları şəhəri Rusiya meylli və Rusiyadan olan yaraqlılardan təmizləyiblər. 30-dan çox terrorçunun əsir götürüldüyü bildirilir.

 





13.06.2014    çap et  çap et