525.Az

BMT İŞİD qurbanlarının statistikasını açıqladı


 

BMT İŞİD qurbanlarının statistikasını açıqladı<b style="color:red"></b>

Birləşmiş Millətlər Təşkilatı İŞİD-ın Mosulda öldürdüyü insan sayını açıqlayıb.

BMT sözçüsü Robert Kolvill bununla bağlı rəsmi məlumatların artıq BMT-yə göndərildiyini bildirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD qüvvələri tərəfindən Mosulda 100-dən çox insan öldürülüb. BMT rəsmisinin dediyinə görə, terror təşkilatının Mosulda polis və ədliyyə işçiləri də daxil olmaqla 17 insanı edam edib.
Kolvill çıxışında onu da bildirib ki, 4 qadın zorlama üzündən intihar edib. 16 İordaniya vətəndaşı qaçırılıb. Bundan başqa məhkumlar intiqam məqsədilə terror təşkilatı tərəfindən azadlığa buraxılıb.

Robert Kolvill 6 -8 iyunda İŞİD tərəfindən tutulan bölgələrdən 30-a yaxın vətəndaşın öldürülməsi ilə bağlı məlumatı Birləşmiş Millətlər Təşkilatına çatdırıldığını bildirib.

 





13.06.2014    çap et  çap et