525.Az

“Urmiya gölünün bərpası üçün ən azı 15 il azımdır”


 

 “Urmiya gölünün bərpası üçün ən azı 15 il azımdır”<b style="color:red"></b>  “Urmiya gölünün bərpası üçün ən azı 15 il azımdır”.
 
APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, bunu İranın energetika naziri Həmid Çitçian bildirib.
 
Onun sözlərinə görə, Urmiya gölü ilə bağlı qısamüddətli işin nəticəsini gözləmək məntiqli deyil: “Urmiya gölündəki mövcud vəziyyət milli böhrandır. Son aylarda mütəxəssislər səviyyəsində geniş əməliyyatlar həyata keçirilir və hökumət üçün hövzənin problemləri müəyyənləşdirilir”.
 
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər. Mayın 5-də İran, BMT-nin İnkişaf Proqramı və Yaponiya arasında Urmiya gölünün bərpası məqsədilə müqavilə imzalanıb. Belə ki, rəsmi Tokio Urmiya gölünün bərpası bu məqsədlə bir milyon dollar ayırıb. Layihənin 2015-ci ilin fevralınadək başa çatdırılması nəzərdə tutulub.
 





13.06.2014    çap et  çap et