525.Az

AYB-nin qurultayında iştirak edəcək xarici qonaqların adları məlum olub


 

AYB-nin qurultayında iştirak edəcək xarici qonaqların adları məlum olub<b style="color:red"></b> Azərbaycan Yazıçılar Birliyinin (AYB) iyunun 17-də keçiriləcək qurultayında iştirak edəcək qonaqların adları məlum olub.
 
AYB-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, qurultayda 60-a yaxın xarici qonaq iştirak edəcək. Qazaxıstandan Oljas Süleymenov, Gürcüstandan mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya, Rusiyadan Alla Axundova, Lüdmila Lavrova, Türkiyədən Yaqub Öməroğlu, Əli Akbaş, Yasemin Bayer, Ukraynadan Dmitri Stus, Özbəkistandan Babaxan Məhəmməd Şərif, Qırğızıstandan Omar Sultan, ABŞ-dan Aleksandr Qriç, Almaniyadan Orxan Aras və başqaları qonaq qismində iştirak edəcəklər.
 
X. Rza əlavə edib ki, ümumilikdə Rumıniya, Polşa, İsrail, Estoniya, Litva, Serbiya, Monteneqro, Xorvatiya, Bosniya-Herseqovina, İraq və İrandan qonaqların iştirakı nəzərdə tutulub.
 





13.06.2014    çap et  çap et