525.Az

Əmək müqaviləsi ilə bağlı yeni qaydalar


 

Əmək müqaviləsi ilə bağlı yeni qaydalar<b style="color:red"></b>

Əmək müqaviləsi bildirişinin forması onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə  etməklə bağlı Qaydaları təsdiq edib. Elektron informasiya sisteminə əmək müqaviləsi bildirişinin daxil edilməsiElektron hökumətportalı vasitəsilə həyata keçiriləcək.

Əmək Məcəlləsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə daxil edilməlidir. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsiElektron hökumətportalının gücləndirilmiş elektron imza  ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən yaElektron hökumətportalında yerləşdirilmişSəlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsixidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçiriləcək. İşəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadıadı, atasının adı, gücləndirilmiş elektron imza (hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya  sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi    şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsinifərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilən formada sistemə daxil edərək təsdiqləməlidir.

Bir şəxsə bir neçə işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi səlahiyyəti verildikdə, səlahiyyət verilən şəxsə sistem vasitəsilə müəyyən edilmiş siyahıda müvafiq işəgötürəni seçdikdən sonra əmək müqaviləsi bildirişinin qeydiyyatını aparmaq imkanı veriləcək. Bilavasitə işəgötürənin özü ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə daxil edilən məlumatlar həqiqi düzgün olmalıdırElektron informasiya sistemi vasitəsilə bu Qaydalarla müəyyən edilmiş əmək müqaviləsi bildirişlərinə məlumat formalarına qeyri-müəyyən məlumatların daxil edilməsinə məhdudiyyətlər qoyulur sistem tərəfindən məlumat qəbul edilmədikdə bununla bağlı dərhal müvafiq məlumat göstərilir. Elektron informasiya sistemində qeydiyyata alınmış məlumatların məlumat bazasında  saxlanılması müddəti məhdudlaşdırılmır.

 





14.06.2014    çap et  çap et