525.Az

Mətbuat Şurasında hərbi jurnalistin kitabının təqdimatı keçirilib


 

Mətbuat Şurasında hərbi jurnalistin kitabının təqdimatı keçirilib<b style="color:red"></b>

Dünən Mətbuat Şurasında hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Məsimoğlununİlk briqadanın ibrətli döyüş dərslərikitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə sədri Əflatun Amaşov açaraq bildirib ki, cəmiyyətdə vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyac duyulmaqdadır. Bu hissin aşılanmasında müharibədə iştirak etmiş şəxslərin qələmə aldıqları kitabların roluna toxunan Ə.Amaşov belə nəşrlərin gənc nəslə örnək kimi təqdim edilməsinin zəruriliyini əsaslandırıb. O, “İlk briqadanın ibrətli döyüş dərslərikitabının bu mənada böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ə.Amaşov ərsəyə gətirdiyi yaradıcılıq nümunəsinə görə İ.Məsimoğlunu -nin diplomu ilə təltif edib. Hərbi jurnalist ekspert Üzeyir Cəfərov qəhrəmanlıq salnaməsi yaradan şəxslərin keçdikləri döyüş yolunun öyrənilməsinin vacibliyini bildirib. O qeyd edib ki, mövcud istiqamətdəki işlərin gücləndirilməsi üçün onlara mütəmadi şəkildə müraciət olunmalı, bu fəaliyyət sistemli şəkildə aparılmalıdır. O, təqdimatı keçirilən nəşri bu baxımdan mühüm mənbə kimi dəyərləndirib. Cəbhədə keçdiyi döyüş yolundan bəhs edən 701 saylı hərbi hissənin Veteranlar Şurasının sədri  Əlirza Qənizadə kütləvi vətənpərvərlik təbliğatını nəzərdə tutan kitabların çapını cəmiyyətdə ruh yüksəkliyi yaradan mühüm vasitələrdən biri olaraq qiymətləndirib. Söhbətini Kəlbəcərdə düşmən qüvvələrinə qarşı vuruşmuş azərbaycanlı döyüşçülərin rəşadəti barədə fikirlərlə davam etdirən Ə.Qənizadə bildirib ki, həmin şəxslərin igidlikləri olmasaydı, Kəlbəcərdə xalqımıza qarşı ikinci soyqırım baş verəcəkdi. O, çıxışında həmçinin sözügedən bölgə ilə bağlı həqiqətlərin dünyaya tanıdılmasında bu cəhətə söykənilmənin əhəmiyyətini əsaslandırıb. İdarə Heyətinin üzvü, “Paralelqəzetinin baş redaktoru Tapdıq Abbas hərbi vətənpərvərlik təbliğatının düzgün qurulmasında ömrünü-gününü torpaqlarımızın müdafiəsinə həsr etmiş şəxslərin əməyindən istifadənin vacibliyini önə çəkib. Belə adamların ictimai həyatda aktiv iştirakının təminatı üçün stimullaşdırıcı tədbirlərin təşkilinə ehtiyacın duyulduğunu deyib. Tədbirdə çıxış edənlərdənHərbi vətənpərvərlik mütəxəssis hazırlığı mərkəziMMC-nin şöbə rəisi Arzuman Kosayev, müharibə veteranları Füzuli Rzaquliyev, Habil Şirinov, Bəhrəm Əzimov, İntiqam Mirzəyev, jurnalistlər Anar Vəziroğlu, Müzahim İsmayılzadə digərləri təqdimatı keçirilən nəşrin spesifik cəhətlərinə toxunaraq onun Azərbaycanın yaxın keçmişimizin tarixi ruhunun yaşadılması baxımından önəminə toxunublar.  Sonda çıxış edən İ.Məsimoğlu yaradıcılığına verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, ehtiyatda olan polkovnik-leytenant İbrahim Məsim oğlu İsgəndərov Gəncə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Bir sıra mətbu orqanlarda çalışıb. 701 saylı hərbi hissənin tərkibində Kəlbəcər, Füzuli, Ağdam Tərtərdə erməni işğalçılarına qarşı hərbi əməliyyatlarda iştirak edib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin orqanı olanAzərbaycan Ordusuqəzetində müxtəlif vəzifələrdə çalışmış İ.Məsimoğlu 9 ilHərbi bilikHərbi bülletenlərjurnalları redaksiyasının baş redaktoru vəzifəsində xidmətdən sonra ehtiyata buraxılıb. “İlk briqadının ibrətli döyüş dərslərikitabı hərbi jurnalistin işıq üzü görən sayca ikinci kitabıdır.

 





14.06.2014    çap et  çap et