525.Az

Qarabağ xanlığının bayrağı: bu haqda nə bilirik?


 

Qarabağ xanlığının bayrağı: bu haqda nə bilirik?<b style="color:red"></b>

Azərbaycanın zəngin milli dövlətçilik tarixinin ən mühüm  mərhələlərindən biri xanlıqlar dövrüdür. Xanlıqların dövlət atributlarını müəyyənləşdirən simvollar (rəmzlər) arasında taxt,  tac, möhür, qılınc, pul vahidi,  bayraq, döyüş bayrağı, bunçuk tug mühüm rol oynayırdı. Bu atributlar arasında bayraqlar mühüm yer tutur. Hər bir bayraq həm , mənsub olduğu dövlətin coğrafi məkanı, təmsil etdiyi xalqın etnik kökləri, milli təfəkkürünün,  dünyagörüşünün miqyası haqqında  məlumat məcmuəsidir. Müasir Azərbaycan tarixşünaslığında milli dövlətçilik onun atributları ilə bağlı bir sıra dəyərli tədqiqat əsərləri nəşr olunsa da, hələ bu sahədə öz həllini gözləyən bəzi məsələlər var. Sovet hakimiyyəti illərində Azərbaycan xanlıqlarının bayraqlarına düşməncəsinə münasibət bəslənilməsi nəticəsində onlar itib-batıb, yaxud muzeylərin məxfi fondlarında gizlədilib. Məhz bu səbəbdən, P.GözəlovunAzərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” (rus dilində, Bakı, 2010) adlı monoqrafiyasında qeyd edildiyi kimi, təəssüf ki, Qarabağ, Naxçıvan, Şamaxı, Dərbənd,  Quba digər Azərbaycan xanlıqlarının dövlət bayraqlarının axtarışı lazımi səviyyədə aparılmadığından indiyədək tapılmayıb. Bu gün Azərbaycan tarixşünaslığında Qarabağ xanlığının bayrağı kimi  respublika ictimaiyyətinə təqdim olunan  bayraq, bir çox mənbələrdə qeyd edildiyi kimi, 1807-ci I  ildə Rusiya imperatoru I Aleksandr tərəfindən Qarabağ xanı Mehdiqulu xana  hədiyyə edilən bayraqdır. Bu bayrağın  Qarabağ  torpaqlarında görünməsi, onun Qarabağ xanlığının tarixi ilə dərəcədə bağlı olub-olmaması  məsələlərinə bir daha nəzər salaq.  1804-1813- illərdə baş vermiş  Rusiya-İran müharibəsinin gedişində, 14 may 1805-ci il tarixdə Qarabağ xanlığı ilə Rusiya arasında  imzalanmış Kürəkçay müqaviləsinin yeddinci maddəsində oxuyuruq:

İmperator əlahəzrətlərinin zati-aliləri şuşalı qarabağlı İbrahim xana onun varislərinə böyük ehtiram mərhəmət əlaməti olaraq onu varislərini üzərində bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, onun yanında saxlanmalı bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır”.

Müqavilədə, həmçinin, xanlığın idarəsinin irsi, böyüklüyə  görə nəsildən-nəslə keçməsi bunun çar tərəfindən təsdiq edilməsi nəzərdə tutulurdu.  Qarabağ  xanı İbrahimxəlil xan Kürəkçay müqaviləsini imzaladığı zaman varislik vəliəhdlik adını böyük oğlu Məhəmmədhəsən ağaya verib. Lakin Məhəmmədhəsən ağa, hələ İbrahimxəlil xanın sağlığında, 1806- ıl fevralın 24- vəfat etmişdir. Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi ilə birlikdə  çar ordusunun zabiti, mayor Lisaneviç tərəfindən qətlə yetirildikdən sonra Rusiya hərbi komandanlığı qarşısına Qarabağ xanı təyin etmək problemi çıxdı. Xanın digər oğlanları arasında ən böyüyü Mehdiqulu ağa idi   çar hökuməti  10 sentyabr 1806-ci ildə varislik vəliəhdlik sənədini  xanlıq möhürü ilə birlikdə ona verdi. Bəzi mənbələrdə qeyd olunur ki, guya xanın böyük oğlu Cəfərqulu ağanın onsuz da Rusiyaya sədaqətli olduğunu nəzərə alan rus komandanlığı onun qardaşı, bəzən Qacarlara olan meylini gizlətməyən Mehdiqulu xanı öz tərəfinə çəkmək üçün ona Qarabağın idarə olunması haqqında fərman təqdim edib.  Sonralar Mehdiqulu xan İrana qaçdıqdan sonra Rusiya hökuməti tərəfindən oğlu Kərim Cavanşirlə birlikdə Simbirskə sürgün edilən Cəfərqulu ağa 1827- ci ildə I Nikolaya yazdığı məktubunda bildirirdi  ki, İbrahimxəlil xan qətlə yetirildikdən sonra vəliəhdin oğlu olduğu üçün, xan taxtı ona çatmalıymış, lakin rus komandanlığı yanlış addım ataraq  Mehdiqulu xanı hakimiyyətə gətirib.

Əslində isə Cəfərqulu ağa İbrahimxəlil  xanın deyil, özünün qeyd etdiyi kimi, vəliəhd  Məhəmmədhəsən xanın oğludur Məhəmmədhəsən xan hələ İbrahimxəlil xanın sağlığında vəfat etdiyinə görə, Kürəkçay  müqaviləsinə əsasən xanlıq ona deyil, Mehdiqulu xana çatmalı idi. Kürəkçay müqaviləsində qeyd olunan bayraq  çar Rusiyası  tərəfindən 1807-ci ildə Mehdiqulu xana təqdim edildi.

Bayraq (ölçüləri 115 x 100 sm) zamanın təsirindən saralmış dördkünc ikiqat qanovuz ipək parçadandır. Bayrağın hər iki üzündəki  təsvirlər eynidir. Hər iki  tərəfdə Rusiya imperiyasının gerbi təsvir olunmuşdur. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə qartalın hər iki başında başlarının üstündə, ortada təsvir edilmiş iki kiçik bir  böyük  tac qızılı rəngdədir. Tacların üstü  göy qırmızı daşlarla bəzənib. Qartalın sinəsində  qızılı  haşiyəsi olan Avropa  qalxanı  təsvir edilib. Qalxanın üzərində , qırmızı boz rənglərlə Moskva şəhərinin gerbiMüqəddəs Müzəffər Georginin əksi verilib. Bayrağın kənarlarına gümüşü güləbətin saplarla bafta tikilib, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər xaçlar salınıb. Bayrağa üç tərəfdən qızılı saplardan altıləçəkli gül formasında olan zərif gümüş asmalardan saçaq tökülüb

Rusiya imperiyası tərəfindən bayraq əta edilməsi  təkcə Qarabağ xanlığı ilə məhdudlaşmamışdır. Aşağıdakı  təsvirlərdə Naxçıvan xanlığının işğalından əvvəlki  sonrakı dövrlərdə Kəngərli süvarilərinə aid bayraq nümunələri verilmişdir.

Təsvirlərdən göründüyü kimi,  Naxçıvan Kəngərlilərinin batalyonunun 1827 –ci ilə aid bayrağı  istisna olmaqla, digər bütün bayraqlarda  əsas elementlər, demək olar ki,  eynidir. Əslində bu, Rusiya imperiyasının əsarət altına aldığı xalqların dövlətçilik ənənələrini məhv etmək,  onları  öz bayrağı altına toplamaq cəhdindən başqa  bir  şey deyildir. Çox  təəssüf  ki, bəzi alimlərimiz  I Aleksandr  tərəfindən Mehdiqulu xana verilmiş bayrağı köləlik simvolu kimi qiymətləndirmək əvəzinə,  bu  bayraqla  tarixin müxtəlif  dövrlərində  Azərbaycan ərazisində  mövcüd  olmuş  bəzi dövlətlərin bayraqları  arasında  varislik əlaqələri  axtarışına çıxmışlar. 

Qaynaqların verdiyi   məlumata görə,  Qarabağ xanlığının öz bayrağı olmuşdur. Qarabağ xanlığının bizə məlum  olan  dövlət atributlarına, tarixi  mənbələrə  diqqətlə nəzər saldıqda,  zənnimcə , Qarabağ  xanlığının bayrağı  hər birimizin  gözü qarşısında canlanacaqdır.  İlk  növbədə  Pənahabadadlanan gümüş pulun  təsvirinə nəzər salaq:

Mirzə Adıgözəl  bəyQarabağnaməəsərində yazırdı: “mərhum Pənah xan Cavanşirin dövlət günəşi şövkət bayrağı  riyasət üfüqündən baş vurub Qarabağ  vilayətinin bütün sahəsini  cəlal dəbdəbə  ilə işıqlandırdı”.                                                                                                                            

Düşünürəm ki,  bu bir cümlə Qarabağ xanlığının bayrağının  mahiyyətini  dərk etmək üçün açar rolunu oynayır. Burada  dövlət günəşi  ifadəsi bayrağın üzərindəki  doğan günəş  təsvirinin  ifadəsidir.  Heraldikada  əbədi, daimi, sonsuz həyat  rəmzi kimi,  günəş geniş  istifadə edilən əsas fiqurlardan biridir, adətən, doğan ya batan günəş təsvirlərindən istifadə edilir. 

Bir qayda olaraq günəş qızılı rəngdə verilir, şüalarının sayı müxtəlif  sayda olsa da, 16-dan  çox olmur. Azərbaycan Respublikasının  Dövlət  Gerbi üzərindəki  qızılı rəngli 8 düymə günəş şüaları kimi qəbul olunur. Bu gün günəş                                                                                                                             təsvirini  Nepal, Argentina, Qazaxıstan, Makedoniya Respublikası, Uruqvay,  Malayziya, Filippin, Yaponiya dövlət bayraqlarında görmək olar.  Hesab edirəm ki, Mirzə Adıgözəl bəyin  yuxarıda  xatırladılan cümləsindəki  şövkət  ifadəsi  əzəmət, qüdrət, gücşir rəsmini ifadə edir. Dünya  heraldikasında  şir təsvirləri  qoruyucu funksiyasını, dövlətin  hərbi  gücünü   əks etdirir.  Bayrağın hərbi əhəmiyyətini  xüsusi  vurğulayan tədqiqatçılar onun döyüş meydanında oynadığı mühüm rolu da qeyd edirlər. Türk dünyasının  təkraredilməz  abidəsi  olan  Kitabi-Dədə Qorquddastanında düşmən hücumunun qarşısını ala bilən Salur Qazanın qardaşınınKafərin tuğilə sancağı (yəni bayrağı) qılıncladığı    yerə  saldığı  göstərilir. Bu  isə  düşmənin məğlub edilməsi demək idi. Ölkəmizin müxtəlif guşələrində, xüsusilə, Bakı şəhərində daha tez-tez rastlaşdığımız qoruyucu sayılan şir heykəlləri qədimdə daha çox sarayların evlərin giriş qapılarında qoyulurdu. Bu heykəllər giriş dəhlizin sağında, solunda sıra ilə düzülürdü. Hətta qədim şumerlər pəncərənin üstündə şir başları qoyurdular ki, pis ruhlar guya oradan evə girməsinlər. Azərbaycan dövlətçilik tarixinə nəzər saldıqda Səfəvilər  dövlətinin,  İrəvan xanlığının, Nadir şah Əfşarın imperiyasının dövlət rəmzlərində   günəş  sir təsvirlərinin əsas  yer  tutduğunun şahidi oluruq.

Mürzə Adıgözəl bəyin ifadəsində diqqəti cəlb edən məqamlardan biri    riyasət üfüqündənsözləridir. Çox şübhəsiz ki, “riyasətifadəsi bayrağın mərkəzində dövlətin qoruyucusu kimi mövqe tutan şir  təsvirinə  bir işarədir. Pənahabad adlanan pulun üzərindəki  günəşin tutduğu mövqeyə  bir  daha diqqət  yetirildikdə, Azərbaycan tarixçisinin geniş təfəkkür sahibi olduğu bir daha meydana  çıxır. 

Bu gümüş pulun üzərində  qızılı  rəngli  düymələr   əks olunmuşdur.  Pulun üzərində günəş təsviri verildiyinə görə həmin  düymələr  günəşin təcəssümü ola bilməz. Yenə köməyimizə Mirzə Adıgözəl bəy çatır. Görkəmli tarixçinin ifadəsini bir daha xatırlayaq:  mərhum Pənah xan  Cavanşirin dövlət günəşi şövkət bayrağı  riyasət üfüqündən baş vurub Qarabağ  vilayətinin bütün sahəsini  cəlal dəbdəbə  ilə işıqlandırdı”.  Qarabağ  vilayətinin bütün sahəsini” –zənnimcə, yalnız bu düymələr təsdiq edə bilər.  Bu düymələr Qarabağ  xanlığını  təşkil  edən mahalların sayını göstərir. Tarixi  mənbələr sübut edir ki, heraldika tarixində həmin dövrə aid ayrı-ayrı dövlətlərin ərazi vahidlərinin sayını  həmin dövlətlərin bayraqlarında  əks etdirən elementlərin əks olunması faktları heç az olmamışdır.  Pulun kənarları isə qızılı rəngli saçaqlarla haşiyələnmişdir.

Qeyd olunanlar əsasında gözlərimiz önündə Qarabağ xanlığının bayrağını canlandırsaq, bu bayraqla Səfəvilər dövlətinin bayrağı arasında  varislik əlaqəsini görmək mümkündür. Fərq yalnız ondan ibarətdir ki, Qarabağ xanlığının bayrağında şir  təsvirinin  istiqaməti fərqlidir  bu bayrağa düymə təsvirləri əlavə olunmuşdur. Səfəvilər dövlətinin 235 illik dövlətçilik ənənələrini, 1736- ildə Muğan qurultayında şah seçilən Nadir  tərəfindən  Səfəviləri  müdafiə etdiklərinə görə Qarabağın  Cavanşir, İyirmi dörd, Otuzikilər, kəbirli,  ziyadoğlu, baharlı tayfalarının  ciddi cəzalandırılmasını, onların arasında Qarabağ  xanlığının banisi  Pənahəli xanın da olduğunu nəzərə alsaq, hər iki dövlətin bayraqları arasındakı oxşarlığın heç təsadüfi olmadığı qənaətinə gəlmək mümkündür.

İnanıram ki, yaxın gələcəkdə Qarabağ xanlığının bərpa edilmiş bayrağı tarixi Azərbaycan bayraqları arasında öz layiqli yerini tutacaqdır.

Rəşid NURMƏMMƏDOV,

tarixçi, Əməkdar müəllim

 





16.06.2014    çap et  çap et