525.Az

Şair Qabil, Mahir Qabiloğlu və “O dünyadan məktublar”


 

Şair Qabil, Mahir Qabiloğlu və “O dünyadan məktublar”<b style="color:red"></b>

Əməkdar jurnalist 

Bu yaxınlarda qonşum Mahir Qabiloğlu mənə müxtəlif vaxtlarda müxtəlif nəşrlərdə dərc olunmuş publisist yazılarının toplandığı kitabını hədiyyə etdi. “ƏrmənŞuşanikin sevgisiadlı bu kitabı necə deyərlər, birnəfəsə oxuyub təəssüratlarımı oxucularla bölüşmək qərarına gəldim.

Qəzet saytlarda müəllif sütununun verilməsi son illər Azərbaycan jurnalistikasında kifayət qədər dəb halını alıb. Belə müəlliflərə azərbaycanlı oxucularköşə yazarı”, ruslar isəkolumnist” (sütunçu) deyirlər. Son dövrlərin yaratdığı belə köşə yazarlarından biri jurnalist, publisist tərcüməçi Mahir Qabiloğludur ki, mən onunModern.azsaytındakı sütununu həmişə maraqla izləyirəm.

Müəllif köşələri müxtəlif olur: kimisi sırf siyasi mövzulardan yazır, kimisi ailə əxlaq problemlərini qaldırır, kimisi mədəniyyət sahəsində ixtisaslaşır. Bəzi köşə yazarı həddən ziyadə subyektiv hətta qərəzli, bəzisi həddən ziyadə aqressiv acıdil olur. Amma bütün bunlarla bərabər, jurnalistikamızı yeni adlar, bu ya digər problemlərə yeni yanaşmalarla zənginləşdirən köşə yazıları heç şübhəsiz ki, çox maraqlı hadisədi.

Mahir Qabiloğlunun hətta imzasını belə görmədən tanıdığın yazıları başqalarından seçilir. Əvvəla, onun həyatda baş verən real hadisələrə söykənən nağılvari üslubda yazılan esseləri həmişə canlı bir hekayət, bəzən hekayə-pritça təsiri bağışlayır. Onun bəzi jurnalist esseləri belletristikaya yaxın olaraq, maraqlı obrazları, dəqiq müşahidələri, koloritli epizodlarıyla əsl bədii əsəri xatırladır. İkincisi, Mahir kifayət qədər yerini bilən adamdı   opponentlərinə qarşı aqressiv çıxış etməyi, yaxud hansısa qəlbə toxunan söz deməyi özünə rəva görməz. Hakimiyyəti ya müxalifəti təmsil etməsindən asılı olmayaraq, bu gün  həyatda olanlar həyatdan köçənlərin xatirəsinə hörmət hissi onun esselərini digərlərindən fərqləndirən cəhətlərdəndi. Mahirin yazıları olsa-olsa yalnız, müəllifin yüngül təbəssümüylə müşahidə olunan yumoru ironiyanı özünə rəva görə bilər. Elə bircə Mahirin öz məşhur atasının dilindən respublikada baş verən aktual məsələlərə verdiyi qiymətin əks olunduğu bənzərsizQabilin o dünyadan məktublarınəyə desən dəyər. İti düşüncəylə yazılan bu məktubları oxuyarkən istər-istəməz dodaqların qaçır buMəktublarda...” unudulmaz Qabilin səsini sanki sağlığındakı kimi eşidirsən.

... Mahir bu həyatı təəssüratları uzun müddət toplayıb, atasının, böyük Azərbaycan şairi Qabilin danışdığı koloritli əhvalatları, onun müasir dövrün tanınmış ədiblərindən olan dostları həmkarlarıyla söhbətlərini sanki  suçəkən kimi canına hopdurub. Axı Mahir sözün birbaşa anlamında yazıçı mühitində, yazıçıların Hüsü Hacıyevdəki (indikiAzərbaycanprospekti) binasında böyüyüb. o, müxtəlif illərdə müxtəlif kütləvi informasiya vasitələrində çalışaraq operativ jurnalistikayla məşğul olub, müəllif publisistikasına, yazıçılığa özünün dediyi kimi, müəyyən qədər gec, 45 yaşından sonra gəlib. Ola bilsin, atasının adlı-sanlı dostlarından utanıb, bəlkə Qabilin nüfuzu ona təzyiq edib. Amma son bir neçə ildə onun istedadı biz oxucular üçün yeni, gözlənilməz tərəfdən açıldı.

Mahir Qabiloğlu ironik tərzdə, şəxsi düşüncələri müstəvisində, nəsihət, məsləhət vermədən özünə oxucuya ünvanladığı suallarla Azərbaycan cəmiyyəti üçün aktual olan məsələlərə-məişət məsələlərindən tutmuş, ölkə həyatı üçün taleyüklü məsələlərə qədər müxtəlif problemlərə toxunur. O, köhnə adət-ənənələri, xurafatı tənqid edir, Azərbaycan diasporları arasında birlik həmrəyliyin olmamasının səbəbləri üzərində düşünür, ruhən düşüncə baxımından ona yaxın olan müasirlərinin portretlərini yaradır.

Uzun illərini yazıçı mühitində keçirən bir şəxs kimi, mənim üçün Mahirin şair Qabil onun yazar həmkarları barədə xatirə müşahidələrini bölüşdüyü esseləri xüsusi önəm daşıyır. Bəzək-düzək vurulmayan, səmimi, ata Qabilin əvəzsiz yumorlarıyla zəngin olan bu qeydlər bizləri isti dost məclislərinə, əsl kişi dostluqlarına, gülməli vəziyyətlərə, qədim, əziz Bakımızın onun ətrafının saf havasına aparıb çıxarır. Mən günbəgün özünün möhkəm jurnalist yaddaşına hopdurduğu bu gün Azərbaycan memuar ədəbiyyatına miras qoyduğu esselərində adlarını diriltdiyi şəxsiyyətlərəona doğma olan Cabir Novruza, Əliağa Kürçaylıya, Bəxtiyar Vahabzadəyə, İlyas Əfəndiyevə, Hüseyn Abbaszadəyə, Salam Qədirzadəyə görə Mahirə olduqca minnətdaram: bu tarixçələrə görəbəzən gülməli, bəzənsə dramatik hətta tragik həyat tarixçələrinə görə. Elə bircə şair Əliağa Kürçaylının ağır xəstəliyindən qızı Ülkərin ona olan hədsiz sədaqət dolu məhəbbətindən bəhs edən esse nəyə desən dəyər. Yaxud da tanınmış Azərbaycan nasiri, Xalq yazıçısı Bayram Bayramovun taleyindən bəhs edən esse.

Dostluqda sədaqət, öz xalqına bağlılıq, böyüklərə hörmət, şəxsi həyatda ciddilik aza qane olmaq, sadə insanların qayğı ehtiyaclarına diqqət göstərmək... Özünün sadəcəBəxtiyar əmi”, “Bayram əmi”, “Əliağa əmiadlandırdığı bu məşhur qonşular əvvəlcə yeniyetmə, sonra isə gənc Mahirə bu cür olmağı təlqin etmişdilər. Bu gün Mahir özü müəllif publisistikasında bu yüksək həyati meyarları təlqin edir. Odur ki, Mahir Qabiloğlunun hətta tənqidi məqalələri oxucunun qəlbində işıqlı təəssürat yaradır. Bu səbəbdən pərəstişkarları Azərbaycan jurnalistikasında öz orijinal üslubunu yaratmış bu maraqlı müəlliflə görüşü hər dəfə səbirsizliklə gözləyir. Şübhəsiz ki, məşhur atasının genləri özünü göstərir. Deməli, mənim böyük dostum həmkarım Qabil öz yeganə oğluyla qürur duya bilər.

 





16.06.2014    çap et  çap et