525.Az

ABŞ səfirliyi: Riçard Morninqstar Heydər Əliyevin abidəsi önündə baş əyib


 

ABŞ səfirliyi: Riçard Morninqstar Heydər Əliyevin abidəsi önündə baş əyib

“Səfir Riçard Morninqstar Azərbaycan xalqına hörmət əlaməti olaraq Heydər Əliyevin abidəsi önünə gül qoyub və baş əyib”.

Bu sözləri APA-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart deyib. O bildirib ki, bu jest prezident İlham Əliyevə etimadnaməsini təqdim edən bütün səfirlər, o cümlədən bundan əvvəlki ABŞ səfirləri üçün rəsmi protokolun bir hissəsidir.

Xatırladaq ki, səfir R. Morninqstarın Heydər Əliyevin abidəsi qarşısında baş əyməsini əks etdirən fotoşəkil Azərbaycanın və ABŞ-ın bəzi mətbuat orqanlarında mənfi reaksiyaya səbəb olub.

 





06.09.2012    çap et  çap et