525.Az

Çin hakimiyyəti 13 uyğuru edam edib


 

Çin hakimiyyəti 13 uyğuru edam edib<b style="color:red"></b> Çin hakimiyyəti dünyada yaranmış vəziyyətdən istifadə edərək, uyğur türklərinə qarşı repressiyaları artırıb.
 
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, iyunun 16-da Sincan-Uyğur Muxtar Bölgəsində daha 13 uyğur “terrorçuluq fəaliyyətində” ittiham edilərək, edam olunub.
 
Xatırladaq ki, bu il mayın 22-də Bölgənin mərkəzi Urumçidə iki avtomobil kütlənin üstünə sürülmüşdü. Onda 39 nəfər ölmüş, onlarla insan yaralanmışdı. Çin hakimiyyəti bu olayın məsuliyyətini uyğurların üzərinə qoyub.
 
Uyğurlar isə öz növbəsində bu olayla əlaqələrinin olmadığını bildirib, Çin hakimiyyətini milli ayrı-seçkilikdə, iqçilikdə və etnik mənsubiyyətə görə təqibdə suçlayıb.
 
Qeyd edək ki, rəsmi Pekin illər uzunudur, milli haqlarını tələb edən, torpaqlarının çinliləşdirilmədən qorumaq istəyən uyğur türklərini “müsəlman terrorçuları” adlandırır. Onları bu böhtanla edam edir, tutur, basıq altında saxlayır.
 





17.06.2014    çap et  çap et