525.Az

Mərdliyin profilləri- Con F.Kennedi


 

İngiliscədən Telman Orucov tərcümə edib

Mərdliyin profilləri- <b style="color:red">Con F.Kennedi</b>

(davamı) 

Köhnə on doqquzuncu əsr yeni iyirminci əsrə çevrildikdə Amerika dəyişmişdi, onun sənaye sahələri şəhərləri böyümüşdü, dünyada onun qüdrəti artmışdı. həm Corc Norris dəyişilmişdi dəyişilmə çox kiçik idi. Onun kiçik fiqurası qara darıxdırıcı kostyumda, köynəkdə qara ayaqqabı bağına bənzəyən kiçik qalstukda idi o, bu geyimi ömrünün çox hissəsində ölənə qədər dəyişmədi. Onun yumşaq davranışı, adamı tərksilah edən vicdanlılığı axşamlar sakitcə kitab oxumaq hesabına siyasətçilərin sosial cəmiyyətindən uzaq qaçması, öz ölkəsində onu siyasətçi karyerasından aralı saldı, ancaq seçicilər arasında onun populyarlığı xeyli müddət davam etdi.

Yalnız onun siyasi baxışı qırx il ərzində Vaşinqtonda icra etdiyi uzun karyeranın başlanğıcında dəyişdi. Çünki 1903- ildə Corc Norris ilk dəfə Nümayəndələr Palatasına daxil olanda Nebraska düzənliklərindən gələn təzə adam kimi, o, möhkəm, konservativ Respublikaçı idi, sonralar yazdığı kimiöz mövqeyinə əmin olmaqla, əqidəsində ağılsız olmaqla, öz mövqeyini başqa heç bir siyasi partiyaya ya siyasi fikrə bağlamamışdı”. Lakinmən öz sevdiyim qəhrəmanların bir-bir solduqlarını gördüm. Mənə agah oldu ki, müxalifətə qarşı ittiham irəli sürdüyüm bütün şər işlərdə faktiki olaraq öz partiyam təqsirkardır”.

Hər bir sadə fəsil Corc Norrisin apardığı bütün mərd müstəqil döyüşləri tamamilə sadalaya bilməz. Onun ən dözümlü nailiyyətləri ictimai hakimiyyət meydanında idi onun uzun mübarizəsinin gətirdiyi faydalar Tennessi vadisindəki xalqa aşağı qiymətli elektrikləşdirmə ilə az sayda paralellərə malik idi, baxmayaraq ki, onlar Nebraska ştatındakı evlərindən millərlə aralı olan bir məsafədə yaşayırdılar. Lakin onun həyatında üç mübarizə hadisəsi var idi ki, onlar igidliyin üzə çıxması üçün xüsusi qeyd edilməyə layiq idi – “ÇarKannonun devrilməsi artıq təsvir edilmişdir; onun 1928-ci ildə Prezident seçilmək üçün Al Smitə köməyi; onun 1917-ci ilə Silahlı Gəmi Billinə qarşı obstruksiya təşkil etməsi.

Vudro Vilson 1917-ci ilin əvvəlindəsilahlı neytrallıqbarədəki siyasəti kədərli qaydada müəyyən etmişdi, Konqressin gərgin keçən birgə sessiyasının qarşısında dayanmışdı ki, qanunverici hakimiyyət Amerikan ticarət gəmilərini silahlandırmaq üçün ona səlahiyyət versin, Amerikan ictimaiyyəti bunu o saatca bəyəndi. Almanlar özlərinin qeyri-məhdud sayda sualtı qayıqları ilə müharibə aparmaq üsulundan istifadə edərək, daha sıx blokadanı gücləndirmişdi, bunun vasitəsilə Kayzer (Almaniya imperiyasının Kayzeritərcüməçi) Britaniya adalarını ac qoymaqla tabe etdirmək istəyirdi; Dövlət katibi Lansinq nəzakətli qaydada məlumat vermişdi ki, müharibə zonasında olan hər bir Amerikan gəmisi torpedo hücumuna məruz qalacaqdır. Artıq Amerikan gəmiləri axtarılıb tutulur batırılırdı, mətbuat bizim dənizçilərimizə göstərilən vəhşiliklər barədəki əhvalatlarla dolu idi.

Qanun layihəsinin müzakirəsi davam edirdi, qəzetlər Birləşmiş Ştatlara qarşı yeni qəsd hazırlanmasını öyrənə bilmişdilər; bu, alman xarici işlər üzrə aşağı dərəcəli Dövlət katibi Tsimmermandan Meksikadakı alman elçisinə göndərilən xəbərdən öyrənilmişdi. Buna əsaslanan qeyd (elə adamlar üçün ki, onlar belə xüsusi vaxtda bunların həqiqiliyini, Britaniya Amerikan hökumətlərinin motivlərinin açılmasını soruşurdular) Birləşmiş Ştatlara qarşı Meksikanın Yaponiyanın bir araya düzlənməsi sxemini təklif edirdi. Əvəzində onlar müdaxilə bazasından istifadə edəcəkdilər, Meksikaya vəd edilirdi ki, yetmiş ildən çox əvvəl Sem Hyuston onun həmvətənləri tərəfindən tutulmuşAmerikan koloniyalarınıonun üçün bərpa edəcəklər.

Tsimmermanın qeydindəki məlumatlar qəzetlərə sızdıqda, Silahlanmış Gəmi Billinə bütün müqavimət cəhdləri Nümayəndələr Palatasında o saatca iflasa uğradı. Qanun layihəsi 13 səsə qarşı 403 səs çoxluğu ilə qəbul olundusəsvermə Prezidentin hərəkətinin xalq rəyinə uyğun olduğunu öz təmsilçilərinin vasitəçiliyi ilə aydın göstərdi. Böyük çoxluqla birlikdə Nebraskanı təmsil edən Konqressmenlərin qanun layihəsinə verdiyi dəstək , heç şübhəsiz, ştatın hisslərini ifadə edirdi.

Lakin 2 mart 1917-ci ildə Senatda Silahlanmış Gəmi Billi Viskonsindən olan Robert La Follettenin Nebraskadan olan Corc Norrisin başçılığı altındakı üsyançılar tərəfdarlarının kiçik qrupunun möhkəm müxalifəti ilə üzləşdi. Ştatdan təzə Senator kimi, əvvəlki ildə Demokratik Qanunvericiliyə, Senatora Prezidentə səs verən Corc Norris (La Folletteyə bənzəmədən) öz mahalında möhkəmlik qazanmış bir siyasi şəxsiyyət deyildi, əmin deyildi ki, onun xalqı Vilsona onun siyasətinə müxalifdir.

Əvvəlki aylarda o, alman hökuməti ilə diplomatik əlaqələrin sərtləşməsi daxil olmaqla, başlıca xarici siyasət məsələlərində Prezidenti dəstəkləmişdi. Onun hərbi məsələlərə münasibətdə patsifist izolyatsionist olmasına baxmayaraq, təbiəti isə ona bütün beynəlxalq məsələlərdə obstruksionist olmağı ya xırda məsələlərdə Prezidentin tələblərinin hamısına müxalifət tərəfdarı olmağı qadağan edirdi (həqiqətən II Dünya müharibəsi yaxınlaşanda, onun izolyatsionizmi əsasən yoxa çıxdı).

Lakin Corc Norris müharibəyə nifrət edir qorxurdu ki, inandığıBöyük Biznesbizim proqressimizə stimul verməklə, müharibə yolu ilə gedir, milləti faydasızlıq mühitinə qovmaqla, qanlı mübarizəyə meyllidir; həm Prezidentxalqı öz məsləkinə çəkməkdən uzaq olmaqlaçalışırdı ki, ictimai rəyi panika vəziyyətinə salsın ki, müharibəyə razılıq vermək üçün Senata təzyiq göstərsin; Silahlanmış Gəmi Billi Amerikan hərbi ehtiyatlarını amerikanların həyatı ilə birlikdə himayə etmək icadı idi, bu icad bizi birbaşa döyüşmək üçün münaqişəyə, həm Konqressin sonrakı müzakirəsi ya Almaniya tərəfindən Birləşmiş Ştatlara hücum olmadan belə, birbaşa münaqişənin içərisinə atacaqdı. O, Billin geniş səlahiyyət verəcəyindən qorxurdu Konqressdəki hər şeyi məhv edən gücə malik olmasına nifrət edilən bir qaydada yanaşırdı. Bu həmin vaxt vacib igidlik deyildi ki, Norris düzgündür ya səhvdir. Onun öz məsləkinə dəstəyi üçün etdiyi igidlik bu vaxt o qədər vacib deyildi.

Senator Norris bir dəfə demişdi ki, “xalq buna inanmaya bilər, lakin mən xoşlamıram ki, mübarizələrə girim”. 1917-ci ildə onun xoşlayıb-xoşlamadığından asılı olmayaraq, Nebraskadan olan təzə adam öz karyerasında ən çətin, daha acı mübarizələrdən birinə hazırlaşdı. Həmin günlərdən Norris üçün başlıca məsələ özünün On İkinci ya Lame Duck (Axsaq Ördəktərcüməçi) Düzəlişi idi, Altmış Dördüncü Konqress isə yeni Prezidentin müddəti başlandığı ilə eyni gündə, martın 4- günorta vaxtı öz səlahiyyətini bitirdi. Əgər Senat bir saat əvvəl səs verə bilməsəydi, Konqress onun qəbul edilməsini dayandıra bilərdi Norris onun kiçik qrupu ümid edirdi ki, 1916- il Prezident kampaniyası ərzində xalq tərəfindən seçilmiş yeni Konqress – “o bizi müharibədən kənarda saxlayırşüarına əsaslanaraqtədbirin əksinə birləşə bilər ya ən azı onu ehtiyatlı şəkildə müzakirə edərdi. Sonrakı iki gün ərzində səsvermənin qarşısının alınması isə yalnız bir sözləobstruksiya ilə (filibusterABŞ Konqressində bir fraksiya tərəfindən müzakirəni süni surətdə uzatmaq yolu ilə qanun layihəsinin qəbul edilməsinə mane olmaq üçün tətbiq edilən vasitətərcüməçi) ovsunlana bilərdi.

Senatda obstruksiya sui-istifadələrini yoluna qoymaq üçün qaydaları dəyişdirməyin tərəfdarı olan Corc Norris güclü surətdə hiss etdi ki, müharibə məsələsinin özümetodu mənim pozmağımın acığınataktikasını qəbul etməklə, təhlükə altına qoyulmuşdur. Parlament zalında öz qrupunun lideri kimi o, çıxış edənləri təyin etdi ki, müzakirəni pozmaq üçün heç bir imkanın olmamasına qanun layihəsinin müzakirəyə qoyulacağına qadir olduğuna əminlik yaransın.

Senatdakı ən yaxın dostlarından çoxu onun bu davranışından heyrətə gəlmişdilər. Arxadakı vətənində anti-alman qəzəb hissindən agah olan bir Senator şikayətlənmişdi ki, “heç bir ştat, yalnız ərköyünlərlə məskunlaşan ştat, Norrisin etməyə çalışdığını təsdiq edəcəkdir”. Lakin Nebraska özünün gənc Senatorunun mövqeyini təsdiq etmədi. Müzakirə gedən vaxt Nebraska qəzetləri nazik pərdə arxasından xəbərdar edərək, məlumat verirdi ki, Nümayəndələr Palatasında dəhşətli səsverməxalqın hisslərini təmsil edir”. Nebraska Qanunvericiliyi artıq yekdilliklə Prezident VilsonaNebraska ştatının bütün vətəndaşlarının hansısa siyasi partiyaya, hansısa qana ya doğum yerinə məxsus olmasına baxmayaraq, bunda amerikanların hüququnu, millətimizin ləyaqətini bayrağımızın şərəfini dəstəkləməyin zərurətini tapa bilsələr, loyallığını bölünməz müdafiəsinivəd edirdi.

Lakin Corc Norrisi öz vicdanı idarə edirdi. O, deyirdi: “Başqa qaydada Konqressin üzvü ifadə olunan ictimai hissinə çəki verəndə ancaq avtomat maşına çevrilir Konqres vətənpərvərlik, təhsil heç bir igidlik tələb etmirdi”. beləliklə, yalnız onu saxlayan öz vicdanı ilə Senator saat mexanizmi kimi işləyirdi ki, öz kiçik qrupunun yatmış ruhlarını dəstəkləsin. Davam edən müzakirələr üçün yeni çıxış edənlər hazırlasın obstruksiyanın sonuna qədər hər bir müxalif hərəkəti yoxlasın.

Norris sonralar danışırdı ki, bəzi Senatorlar özəl qaydada ona yaxınlaşıb obstruksiyanın uğurlu olmasını arzu edirdilərsə, bu vaxt məsələ qaldıran partiya öz müstəvilərində Prezidentin mövqeyinə ardıcıl olaraq ictimai qaydada dəstək verirdi. Norris onlara deyəndə ki, vacib məsələ ona əmin olmaq idi, çox sayda çıxışçılar olsun, ifadə etdikləri nöqteyi-nəzərə məhəl qoymadan Norrislə özəl razılaşmaya görə, Prezidenti iki dəstəkləyən adam qanun layihəsinin xeyrinə uzun-uzun danışırdı.

Müzakirə gündüz gecə davam edirdi; 4 mart səhərində Senat qaydasızlığa bürünmüş bir səhnə idi. Norris sonralar yazmışdı: “Bu son dəqiqələr mənim xatirimdə yaşayacaqdır”.

Bu zalda adamlar emosiyalarını bildirmək üçün qullara çevrilirlər. Hirsin acığın hücumu, mənim mühakiməmə görə, heç vaxt Birləşmiş Ştatlar tarixində bu dərəcədə olmamışdı. Saat günortaya gəlib çatanda sədr təxirə salınmanı elan etdi. Obstruksiya qalib gəldi. Konfransın məlumatına görə Amerikan gəmilərinə silahlanma vermə səlahiyyəti Senatın sanksiyası ilə uğursuzluğa düçar oldu. Bütün ölkəni gərginlik həyəcanı bürüdü bu, xüsusən Senatın özündə yayıldı... Mən obstruksiya ədalətli hesab edilən gündən hiss etdim ki, heç vaxt bu məsələdə iştirakıma görə üzr istəməyəcəyəm... (Biz) vicdanlı qaydada inanırdıq ki, bu mübarizədə bizim hərəkətlərimizlə müharibədə Amerikanın iştirakının qarşısını aldıq”.

Lakin onların qələbəsi ötüb keçən bir idi. Çünki Prezident tələsik Konqressin xüsusi sessiyasını çağırmaqla, üstəlik bu vaxt Senat debatı məhdudlaşdırmaq üçün bağlamaq qaydasını qəbul etdi (Norrisin köməyi ilə), – həmçinin elan etdi ki, qanunun sonrakı sınaqdan keçirilməsi bunu aşkarladı ki, icra hakimiyyətinin səlahiyyətinə artıq Konqressin hərəkəti olmadan gəmiləri silahlandırmaq da daxildir. Prezident həmçinin indiyədək dəfələrlə sitat gətirilənözününkündən başqa heç bir rəyi təmsil etməyən, Birləşmiş Ştatlar böyük hökumətinin köməksiz nifrət edilən olmasına çevrilməsiniistəyən niyyətli adamların kiçik qrupuna xətər toxundurmaqda da sərbəst olacaqdı.

(Ardı var)

 





17.06.2014    çap et  çap et