525.Az

Bakıda İƏT-in Əmək Mərkəzi yaradılır


 

Bakıda İƏT-in Əmək Mərkəzi yaradılır<b style="color:red"></b>

 Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitənin ilk iclası başlanıb.

“APA-Economics”in məlumatına görə, tədbirdə komitəyə üz ölkələr - Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziyadan nümayəndələr iştirak edir.
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın iqtisadi və sosial sahələrdə gördüyü işlər, əldə etdiyi irəliləyişlərdən danışıb.
 
S. Müslümov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini xatırladaraq bildirib ki, bu təcavüz nəticəsində ölkə iqtisadiyyatına 60 mlrd. dollardan artıq ziyan dəyib: “Minlərlə infrastrukturu dağılıb, əmək ehtiyatları ciddi şəkildə azalıb”.
 
Nazir bildirib ki, İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması ilə bağlı konsepsiya və nizamnaməsinin sənədi hazırlanıb və baxılmaq üçün üzv dövlətlərə təqdim edilib.
 
İƏT-in baş katibinin iqtisadi məsələlər üzrə yardımçısı səfir Həmid A. Opeloyeru isə tez bir zamanda elmi araşdırmalar mərkəzinin, İslam ölkələrinin iqtisadi-sosial təlim mərkəzlərinin yaradılmasının vacibliyini qeyd edib.

 





17.06.2014    çap et  çap et