525.Az

Bakıda beton dirək fəhlələrin üstünə aşdı, ölən var


 

Bakıda beton dirək fəhlələrin üstünə aşdı, ölən var<b style="color:red"></b>

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Sarayının arxasındakı binalardan birində aparılan işlər zamanı beton dirək fəhlələrin üstünə aşıb. Nəticədə Şahin Nəcəfov adlı şəxs ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 





25.10.2012    çap et  çap et