525.Az

Almaniya hökuməti vətəndaşlarını İŞİD-dən xilas etdi


 

Almaniya hökuməti vətəndaşlarını İŞİD-dən xilas etdi<b style="color:red"></b> “Siemens” şirkətinin Şimali İraqda çalışan işçiləri İŞİD qüvvələrinin nəzarətindəki bölgədən çıxarılıb.

Lent.az-ın xəbərinə görə, Almaniya xarici işlər nazirliyi 8 nəfəri Almaniya vətəndaşı olmaqla 50 nəfər işçinin İraq ordusuna aid vertolyot və “Siemens” şirkəti tərəfindən ayrılmış təyyarə ilə Bağdadın 200 kilometr şimalındakı ərazidən götürülməsini təsdiq edib.
 
Almaniya xarici işlər nazirliyinin gərgin diplomatik çalışmalarından sonra İraq mərkəzi hökuməti işə qarışıb və İraq ordusuna aid bir vertolyotla “Siemens”in işçiləri ötən bazar günü təhlükəli bölgədən kənara çıxarılıb.
 
İŞİD qüvvələrinin bölgəni nəzarət altına almasından sonra Beyci şəhəri yaxınlığında bir binada saxlanan işçilərin həyatlarının təhlükəyə atmamaq üçün, alman mediasının bu günə kimi mövzuyla bağlı xəbər hazırlamaqdan xüsusilə ehtiyat etdiyi bildirilir.
 
Hazırda Şimali İraqda min nəfərə yaxın Almaniya vətəndaşının olduğu deyilir.
 





17.06.2014    çap et  çap et