525.Az

Azərbaycanca -Ukraynaca danişıq kitabçası Ukraynalı oxuculara təqdim olunub


 

Azərbaycanca -Ukraynaca   danişıq kitabçası Ukraynalı   oxuculara təqdim olunub<b style="color:red"></b>

Kiyev şəhərindəki Azərbaycan Gənclər Mərkəzində Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin təşəbbüsü və Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyinin maddi dəstəyi iləfilalogiya elmləri doktoru ,professor  Rafiq Novruzovun  hazırladığı  Azərbaycanca- Ukraynaca ,Ukraynaca –Azərbaycanca  danışıq kitabçasının təqdimat mərasimi keçirilib.

Nümayəndəlikdən 525.az-a verilən məlumata görə, Ukraynanın dilçi alimlərinin ,Azərbaycan səfiriliyinin , milli disporumuzun və  Ukraynanın bir sıra ictimai təşkilatları  nümayəndələrinin iştirak etdiyi mərasimi Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov açaraq, 2 il bundan öncə taninmış  alim,professor Rafiq Novruzovun rəhbərliyi  ilə Azərbaycan Gənclər Mərkəzində Azərbaycan dili kurslarının keçirildiyini  bildirib. Son illər Ukraynalı gənclərin Azərbaycan dilinin öyrənilməsinə  böyük maraq göstərdiklərini bildirən  Anar Tahirov professor Rafiq Novruzovun hazırladığı Azərbaycanca-Ukraynaca danışıq kitabcasının nəinki Ukraynalı tələbələr , o cümlədən ,Ukraynanın müxtəlif vilayət və şəhərlərində  Azərbaycan dilində fəaliyyət göstərən  şənbə-bazar günü məktəbləri üçün də qiymətli  dərs vəsaitiolduğunu diqqətə çatdırıb.

     “ Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan ,inkişaf etdirən onun dilidir” Təqdimat mərasimində çıxışına  Ulu Öndər Heydər Əliyevin bu kəlamı ilə giriş verən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli  bubaxımdan döğma ana dilimizin təbliğ olunması üçün  Rafiq Novruzovun müəllifliyi ilə hazırlanmış Azərbaycanca-Ukraynaca ,Ukraynaca-Azərbaycanca danışıq kitabçasının mühüməhəmiyyətindən bəhs edib.Kitabın hazırlanmasına verdikləri maddi və mənəvi dəstəyə  görə Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinə və Ukrayna Azərbaycanlı Gənclər Birliyinə minnətdarlığını  bildirən səfir elmi,qramatik üslubuna görə  zəngin olan danışıq kitabçasının hər iki ölkə arasında gənc  mütəxəssislərin hazırlanmasında,o cümlədən , dost və qardaş Azərbaycan və Ukraynanın elm və təhsil əlaqələrinin inkişaf etdirilməsində müstəsna rol oynayacağını vurğulayıb.  Tədbirdə Kiyev Milli Lingivistika Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Svetlana Kozak,professorlar,Tatlyana Meyzerskaya,Oleq Kişişanovsk, iqtisad elmləri doktoru Möhlət Hüseynov,Yəhudi icmaları fondunun prezidenti Arkadi Monastrskiy , Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin  əməkdaşı Həzi Aslanov, Ukrayna Gənclər Forumun nümayəndəsi Yana Konotopenko, Səməd Vurğun adına kitabxanın müdiri Galina Çebotoryova və  digər şəxslər  çıxış edərək son illər Ukraynanın müxtəlif elm ocaqlarında Azərbaycan dilinin tədris olunduğunu,gənclər və tətləbələr arasında azərbaycan dilininin öyrənilməsinə böyük maraq göstərildiyini  diqqətə çatdıraraq belə bir kitabın dərc olunmasını  bu sahəyə maraq göstərənlər üçün ən dəyərli töhfə adlandırıblar.Elmi dərgiyə  verdikləri yüksək qiymətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirən kitabın müəllifi, Azərbaycan dili və Mədəniyyət Mərkəzinin rəhbəri,professor  Rafiq  Novruzov hazırda Ukraynanın ali tədris ocaqları üçün  “Azərbaycan dili “dərs vəsaitinin üzərində işlədiyini və  yaxın günlərdə  o kitabında dərc olunacağını bildirib . Azərbaycan dilinin qədim tarixinə və qramatik diapozonunun genişliyinə görə dünya xalqlarının zəngin dil qrupuna daxil olduğunu diqqətə çatdıran müəllif  istər  yeni dərc olunmuş Azərbaycanca Ukraynaca danışıq kitabçasını,  istərsədə  bu günlərdə işıq üzü görəcək Azərbaycan dili dərslik vəsaitini  Azərbaycan və Ukrayna xalqları arasında əbədi ünsiyyət körpüsü adlandırıb .Tədbirdə yekun nitqi söyləyən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli  ukraynanın ali tədris  ocaqları üçün nəzərdə tutulmuş Azərbaycan dili dərs vəsaitinin maliyyə xərclərinin Azərbaycan səfirliyinin öz üzərinə götürdüyünü açıqlayıb.
 

 





17.06.2014    çap et  çap et