525.Az

Ukraynanın şərqində rusiyalı jurnalist həlak olub


 

Ukraynanın şərqində rusiyalı jurnalist həlak olub<b style="color:red"></b>

usiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin (VQTRK) müxbiri İqor Kornelyuk Ukraynanın şərqində gedən döyüş zamanı aldığı yaralar nəticəsində ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Luqansk vilayətinin Mirnıy qəsəbəsində minaatan mərmisinin partlaması nəticəsində yaralanan jurnalist Luqansk vilayət kliniki xəstəxanasına çatdırılıb. Lakin o, xəstəxanaya gətirildikdən 35 dəqiqə sonra keçinib.
 
İ. Kornelyuk Ukraynanın şərqində döyüşlərin başladığı gündən bu yana ölən ilk rusiyalı jurnalistdir. Qeyd edək ki, rusiyalı media nümayəndələri Ukraynanın şərqində açıq-aşkar separatçıların tərəfini tutur və silahlı separatçı-terrorçu qruplaşma ilə birlikdə hərəkət edirlər.

 





17.06.2014    çap et  çap et