525.Az

Yol qəzasında bacı və qardaş öldü


 

Yol qəzasında bacı və qardaş öldü<b style="color:red"></b>

Azərbaycanın Hacıqabul rayonunda baş verən avtomobil qəzasında 2 nəfər ölüb.
 
Bu barədə APA-nın Mil-Muğan bürosuna məlumat verən yol patrul xidmətinin əməkdaşı Sahil Ərəbov bildirib ki, hadisə bü gün saat 16:00 radələrində Bakı-Qazax avtomobil yolunun 142-ci kilometrliyində, Hacıqabulun Qarasu kəndi ərazisində baş verib. Bakı istiqamətində hərəkətdə olan Sabir Hacı oğlu Bünyatovun idarə etdiyi «Daewoo Nexia» markalı minik aftomobili əks istiqamətdən gələn 23 yaşlı Ağdam rayonunun Başqərvənd kənd sakini Sadiq Akif oğlu Əhmədovun idarə etdiyi «Mercedes» markalı yük maşını ilə toqquşub.
 
Minik avtomobilində olan 20 yaşlı Samirə Bünyatova və qardaşı 17 yaşlı Seymur aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər. Ağır xəsarətlər alan sürücü, 47 yaşlı Sabir Bünyatov isə Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Rolisi İdarəsinin İstintaq İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 





25.10.2012    çap et  çap et