525.Az

Poroşenko Putinə başsağlığı verib


 

Poroşenko Putinə başsağlığı verib<b style="color:red"></b> Ötən gün Rusiya Teleradio şirkətinin müxbirləri Ukraynanın Luqansk şəhəri yaxınlığında öldürülüb.
 
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı həmkarı Vladimir Putinə jurnalistlərin qətli ilə əlaqədar baş sağlığı verib.
 
Bu açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verib.
 
“Pyotr Poroşenko Rusiya KİV-in təmsilçiləri İqor Kornelyuk və Anton Voloşinin öldürülməsi ilə bağlı baş sağlığı verib. O, Putini əmin etdi ki, onun tapşırığı ilə baş verən olay araşdırılacaq, habelə jurnalistlərin təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görüləcək” -deyə, D.Peskov bildirib.
 





18.06.2014    çap et  çap et